Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:57

Obama Suriyadakı kimyəvi silahların ləğvinə nail olmağa çağırıb


 Barack Obama

Barack Obama

ABŞ prezidenti Barack Obama beynəlxalq aləmi Suriyanın kimyəvi silahlarının tamamilə məhv edilməsinə nail olmağa çağırıb. Obama çərşənbə axşamı BMT-nin Baş Assambleyasının sesiyasında çıxış edərkən
bununla bağlı ABŞ-la Rusiya arasında əldə edilmiş razılaşmanı həyata keçirmək üçün təhlükəsialik şurasında Suriya ilə bağlı kəskin qətnamə qəbul edilməsinin vacibliyini qeyd edib. O Suriya rejiminin avqustun 21-də Dəməşq ətrafında kimyəvi silah işlətməsi barədə əsaslı sübutlar olduğunu bildirib.

BMT-nin baş katibi Ban Kİ Moon bundan əvvəl sesiyanın açılışında çıxış edərkən bildirib ki, Suriyadakı kimyəvi silahların məhv edilməsi ilə bağlı qətnamə qəbul edilməlidir.

O həmçinin aparıcı ölkələri Suriyada münaqişə tərəflərinə silah göndərilməsini dayandırmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG