Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:08

Azərbaycanda seçkiqabağı insan haqlarının vəziyyəti Brüsseldə müzakirə edirlir


Brüsseldə Avropa Parlamentinin binası
Brüsseldə Avropa Parlamentinin binası
.


Sentyabrın 24-də Avropa Parlamentində seçkiqabağı dövrdə Azərbaycanda insan haqlarının vəziyyətinə dair dəyirmi masa keçirilib.

Bir neçə Avropa Parlamenti üzvünün təşkil etdiyi dəyirmi masada Azərbaycandan İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov, Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə araşdşırıcısı Giorgi Gogia iştirak ediblər.

Giorgi Gogia AzadlıqRadiosunun Brüssel müxbirinə bildirib ki, onlar avropalı deputatların diqqətini Azərbaycanda insan haqlarının vəziyyətinin ciddiliyinə cəlb etməyə çalışırlar.

Giorgi Gogia
Giorgi Gogia
O qeyd edir ki, onsuz da illərdir Azərbaycanda insan haqlarının vəziyyəti bərbaddır.

Prezident seçkisi ilində, bu ilin əvvəlindən isə 22 nəfər siyasi fəal, jurnalist, insan haqları müdafiəçisi siyasi motivlərlə həbs olunub.

Rəsmilər onları müxtəlif cinayətlərdə ittiham etsələr də onların işləri üzrə prosedurların pozulmasına, ittihamların mahiyyətinə diqqətlə nəzər salanda yalnız tənqidi siyasi mövqelərinə görə cəzalandırıldıqları aydın olur:

- Məncə, hazırda Azərbaycanla Avropa Birliyi arasında münasibətlərdə çox həlledici məqamdır. Biz isə Avropa Birliyini inandırmağa çalışırıq ki, Azərbaycanla əlaqələrdə hər hansı forma seçilirsə-seçilsin, burada insan haqları məsələsi öndə dayanmalıdır. Avropa Birliyi ölkədə vəziyyəti yaxından izləməlidir.

Giorgi Gogia qeyd edir ki, Avropa qurumlarında Azərbaycanda insan haqlarının vəziyyətinin seçkiqabağı dövrdə bir qədər normalşşacağına dair təsəvvürlər vardı. Amma bu da doğrulmayıb, son bir ildə ölkədə insan haqlarının boğulması daha intensiv şəkil alıb.

Dəyirmi masaya qatılan İnsan haqları Klubunun rəhbəri Rəsul Cəfərov isə müxbirimizlə söhbətdə bildirib ki, proseslər indiki şəkildə gedərsə, Avropa Birliyi Azərbaycanın timaslında yeni bir Belorus problemi ilə üzləşə bilər:
Rəsul Cəfərov
Rəsul Cəfərov

- Hiss olunur ki, sanki hamı nəsə gözləyir. Amma bilmirik nəyi. Hesab edirik ki, bu cür gözləmə çox təhlükəlidir. Biz Azərbaycanın timsalında ikinci Belorusun yaranmasına qədər gözləyə bilmərik.

Hazırda İlham Əliyev 3-cü dəfə prezidentlik yaraşına qatılıb. Belorus istisna olmaqla Avropada heç bir ölkədə prezidentlər 2 dəfədən artıq seçilmirlər. Beləliklə, Azərbaycan artıq Belorus olur.

Bu, həm də Avropa Birliyi üçün bir siqnaldır. Hazırda hamımız Avropa Birliyi ilə Belorus arasında əlaəqlərin nə qədər problemli olduğunu görürük. Ona görə də fəallığı maksimuma çıxarmaq, bütün vasitələrdən istifadə etmək və bəzən problemlər barədə çox açıq danışmaq lazımdır.

Rəsul Cəfərov qeyd edir ki, beynəlxalq qurumların Azərbaycanda demokratikləşmə proseslərinə dəstəyi arzu edilən səviyyədə deyil.

O, yerli siyasi fəalların, gənclər təşkilatlarının və vətəndaş cəmiyyəti qurumlarının da yalnız seçkidən-seçkiyə fəallaşmalarının ciddi səhv olduğunu deyib.

Onun fikrincə, Azərbaycanda ciddi demokratik dəyişikliklər görmək istəyənlər üçün qarşıdakı bir neçə ildə ciddi fürstərlər var: “Gələn il bələdiyyə seçkiləri olacaq, eyni zamanda Avropa Şurasına sədrlik Azərbaycana keçir. 2015-ci ildə Bakıda ilk dəfə olimpiya oyunları keçiriləcək, ondan sonra parlament seçkiləri gəlir. Bütün bunlardan ölkədə ciddi demokratik dəyişiklər üçün istifadə oluna bilər” – deyə Rəsul Cəfərov bildirib.
XS
SM
MD
LG