Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:25

Hüquq müdafiəçisinin oğlu bıçaqlanıb



Kür Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin oğlu bıçaqlanıb.

Bu barədə AzadlıqRadiosuna hüquqmüadfiəçisi məlumat verib. Onun sözlərinə görə hadisə 194 nömrəli məktəbin ətrafında olub.

“Oğlum məktəbdən evə gələndə 4-5 qarageyimli şəxs onun qabağını kəsib. əvvəlcə döyüblər. Sonra 2 bıçaq zərbəsi endiriblər. Axşam tanımadığımız şəxs gətirdi. Oğlum çoxlu qan itirmişdi, zorla danışırdı. Xəstəxanada onu təcili əməliyyat etdilər. İndi isə vəziyyəti normaldır. Bu hadisə ilə bağlı 37-ci bölməyə müraciət etmişəm”.

Məsələ ilə bağlı 37-ci bölmə ilə əlaqə saxladıq. Bölmədən növbətçi polis AzadlıqRadiosuna onlarda belə bir informasiya olmadığını bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG