Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:12

Ryabkov: «Suriyaya güc tətbiq edilməsini nəzərdə tutan sənəd qəbul edilə bilər»


Sergei Ryabkov

Sergei Ryabkov

-
BMT-nin təhlükəsialik şurasında Suriya ilə bağlı qətnaməyə güc və kəskin sanksiyalar tətbiq edilməsini nəzərdə tutan bənd salına bilər.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib. Amma o qeyd edib ki, bu tədbir yalnız kimyəvi silahlar barədə razılaşmanın pozulacağı halda mümkün ola bilər.Ryabkov bu həftə təhlükəsialik şurasında qətnamə ilə bağlı razılığa gəlinəcəyinə ümidlə yanaşdığını qeyd edib.

O həmçinin qeyd edib ki, BMT-nin ekspertləri araşdırmanı davam etdirmək üçün çərşənbə günü Dəməşqə dönəcəklər.

ABŞ Suriya rejimini avqustun 21-də Dəməşq ətrafında gedən dpyüşdə kimyəvi silah işlətməkdə təqsirləndirir. Suriya hökuməti ittihamı rədd edir.

ABŞ-la Rusiya bu günlərdə Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi barədə razılığa gəliblər. Məqsəd Suriyaya hərbi müdaxilədən yayınmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG