Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:27
-
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Rüstəm İbrahimbəyov Azərbaycanda keçiriləcək prezident seçkiləri haqda yeni məqalə yazıb. Məqalədə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli haqda da fikirlər yer alıb. AzadlıqRadiosu R. İbrahimbəyovun məqaləsini dərc edir:

«O GƏLDİ!

Seçki kampaniyasının ilk günləri təsdiq etdi ki, ölkənin demokratik qüvvələrini birləşdirən Milli Şuranın yaradılması tarixi əhəmiyyətli hadisə olub. Əvvəllər də ziyalılar müxalifətin əhəmiyyətli hissəsini təşkil edirdi, ancaq ilk dəfə olaraq o, nüfuzlu vətəndaş birliyi, alimlərin, mədəniyyət və elm xadimlərinin ittifaqı kimi hakim rejimə qarşı səsini çıxardı.

Milli Şuraya Ziyalılar Forumunun yalnız bir hissəsi daxil oldu. Bu da təbiidir. Forum ölkədə ictimai fikri formalaşdıracaq ictimai təşkilat olaraq qalır. Daha vacib olanı odur ki, birləşmiş müxalifət prezident seçkilərində vahid namizəd kimi məhz Ziyalılar Forumunun üzvünü irəli sürməyi lazım bildi.

Qüsursuz ictimai-siyasi reputasiya, elmi istedad, yüksək intellekt, tarixi proseslərin anlamına söykənərək xalqın problemlərini dərindən dərk etmə, parlaq temperament və yüksək nitq mədəniyyəti ölkə üçün dünya səviyyəli siyasi lideri ortaya çıxardı. Cəmil Həsənli bir neçə çıxışla sübut etdi ki, intellekt və vicdan yalançı və aşağı intellektli hakimiyyətlə mübarizədə ən güclü silahdır.

Seçki ərəfəsində ziyalılarımızın baş verən hadisələri kənardan müşahidə edən və onlarda iştirak etməyə cəsarət etməyən hissəsinə müraciət edirəm
Əlbəttə, seçkilər saxtalaşdırıla bilər – böyük maliyyə və inzibati resurslar, beynəlxalq təşkilatlarda israrlı lobbi fəaliyyəti hakimiyyətə ölkədə faktiki olaraq seçki sistemini məhv etməyə yardım edib. Ancaq bu da mövcud hakimiyyəti xilas etməyəcək; gözlərimizin qarşısında onun çöküşü başlayıb.

Seçki ərəfəsində ziyalılarımızın baş verən hadisələri kənardan müşahidə edən və onlarda iştirak etməyə cəsarət etməyən hissəsinə müraciət edirəm.

Həmkarlarımı, dostlarımı, hətta tanımadıqlarımı anlayıram; biz bilirik ki, ictimai-siyasi situasiyanın uğursuz yaxşılaşdırma cəhdləri ölkədə idarəolunmaz, bəzən dağıdıcı iğtişaşlara gətirib çıxara bilər. Ancaq postsovet dövründə müstəqil dövlət olan Azərbaycan müəyyən dövlət quruculuğu yolu keçib və bu gün müxalifət islahatlara çağırarkən köklü dəyişiliklərlə yanaşı, dövlət strukturlarında dəqiq varislik tədbirlərinə riayət edilməsinin vacibliyini anlayır. 90-cı illərin inqilabi coşqusu və onu müşayiət edən ifratlar siyasi sistemin tam yenidən qurulması zərurətindən irəli gəlirdi.

Bu gün ölkədə dünyada yayılmış demokratik model sanki bərqərar olub. Ancaq məlum olur ki, rəhbərliyə hakimiyyəti şəxsi məqsədləri üçün istifadə edənlər gələndə bu model formal örtük olur.

...məqsədim geniş ziyalı dairəsini qarşıdakı prezident seçkilərində iştiraka inandırmaqdır
Azərbaycanda artıq illərdir demokratik fasad arxasında korrupsiyalaşmış avtoritarizm möhkəmlənib, onun arxasında demokratiyanın mahiyyət və mənasını təşkil edən hər şey korlanaraq minimuma endirilib. Nəticədə xalq hakimiyyəti ailə hakimiyyəti ilə əvəzlənib.

Hamıya məlum bu həqiqətləri təkrarlamaqda məqsədim geniş ziyalı dairəsini qarşıdakı prezident seçkilərində iştiraka inandırmaqdır. Onlar ölkəni sosial sarsıntılardan xilas edə, onu bir yığın işbazın əlindən xilas edə bilər. «Yığın» sözü real situasiyanı əks etdirir – bügünkü hakimiyyətə xidmət göstərən yüz minlərlə insan bunu istəmədən edir.

Həmyerlilərim, həmvətənlərim, həmkarlarım, dostlarım, qohumlarım, özümüzdən başqa heç kəs xalqımızı öz ölkəsinin sahibi edə bilməz. Hər birimiz ölkənin taleyini həll edirik. Başqalarına ümid etməyin. Seçkilərə gedin və «konkret olaraq kim İlham Əliyevin əvəzinə gələ bilər?» kimi çoxillik şübhələri dağıtmağı bacaran adamın namizədliyini dəstəkləyin. Cəmil Həsənlinin həyat yolu, intellekti, vətəndaş cəsarəti və alicənablığı bu suala cavab verir: o artıq gəlib!»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG