Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:00

Milli İnternet Mükafatına start verilir


Ötənilki müsabiqədə AzadlıqRadiosunun saytı da qaliblər arasında idi.

Ötənilki müsabiqədə AzadlıqRadiosunun saytı da qaliblər arasında idi.

-
«Milli Net 2013» mükafatı 14 nominasiya üzrə keçiriləcək. Nominasiyalardan ikisi ilk dəfə bu il müsabiqəyə daxil edilib.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 23 noyabrda qeydiyyat başa çatacaq.

Qiymətləndirmə prosesi dekabrın 15-dək sürəcək. «Milli Net 2013» yekun Təqdimat mərasimin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Müsabiqəyə təqdim edilən saytların daha keyfiyyətli qiymətləndirilməsi üçün meyarlar hazırlanıb. Qaydalara uyğun olaraq Münsiflər Komissiyanın tərkibində dəyişikliklər olub və yeni üzvlər qəbul edilib.

Müsabiqə ilə bağlı yenilikləri www.millinet.az saytından əldə edə bilərsiniz.

Ötənilki müsabiqədə AzadlıqRadiosunun saytı da qaliblər arasında idi.

Azərbaycan İnternet Forumunun təsis etdiyi «Milli Net»in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarını tanıtmaqdan ibarətdir.

Müsabiqəyə RİTN, «Azercell» və «Delta Telecom» şirkətləri tərəfindən dəstək verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG