Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:47

Gənc fəal izlənildiyini deyir



Müsavat Gənclər Təşkilatının üzvü Vasif Hüseynov 2 gündür izlənilir. Bu barədə AzadlıqRadiosuna gənc özü məlumat verib:

“2 gün əvvəl evimizə 2 polis gəlib. Valideynlərimə məni axtardıqlarını deyiblər. Bildiriblər ki, mitinqdə iştirak etdiyimə və əlimdə qaldırdığım şüara görə həbs edəcəklər. Düzü şüar qaldırmışdım. Amma heç baxmamışdım ki, orda nə yazılıb”.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmadı.

Sentyabrın 22-də prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüş mitinqi keçirilib. "Məhsul" stadionunda keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG