Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:34

Richard Morningstarın Lənkərana səfəri davam edir- Yenilənib


ABŞ səfiri
ABŞ səfiri
-
ABŞ səfiri sentyabrın 24-də günün sonunda müstəqil qəzet olan “Cənub xəbərləri” qəzetinin redaktoru Zahir Əmənovla görüşüb. Səfir qəzetin fəaliyyəti ilə maraqlanıb. Juranalisin suallarına cavab verib.
ABŞ səfiri sentyabrın 25-də Lənkəranda fəaliyyət göstərən qeyri hökmət təşkilatların nümayəndləri ilə görüşüb.
ABŞ SƏFİRİ LƏNKƏRANA GƏLİB...

ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar sentyabrın 24-də cənub bölgəsində olub.

Səfir günün binci yarısnda Lənkəran icra hakimiyyəti başçısı Taleh Qaraşovla görüşüb.

Jurnalistlərin də qatıldığı görüşdə T.Qaraşov son illərdə Lənkəranda görülən işlər barəsində məlumat verib. Səfir Lənkəranda Amerika mərkəzinin inşası üçün yer ayrıdığına görə icra hakimiyyəti başçısına minnətdarlığını bildirib. Bununla ikinci dəfə Lənkərana səfər etdiyini söyləyib.

Görüşün ikinci hissəsi isə qapalı keçib.
Görüşdən sonra səfir İcra hakimiyyəti aparatının qarşısında jurnalistləri maraqlandıran suallara cavab verib. O təkcə Bakının yox ABŞ-ın Azərbaycandakı səfiri olduğunu bildirib. Buna görə də bölgələrə səfər etdiyini deyib. Səfir seçkinin gedişi ilə maraqlandığını və yerlərdə içtimai-siyasi,iqtisadi vəziyyəti diqqətlə izlədiklərini, seçkinin azad, ədaləti keçirilməsində maraqlı olduğunu deyib.
Səfir günün ikinci yarısında Lənkəranda kənd təsərrüfatı emalı müəssisələrinə baş çəkib.
XS
SM
MD
LG