Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:37

Xədicə İsmayıl barəsindəki qərar qüvvədə saxlanılıb


-
Jurnalist Xədicə İsmayılın 220 saatlıq icbari əməklə məşğul olması haqqında qərar qüvvədə qalıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib:

“Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə jurnalistin işi üzrə qərar qəbul edilib. Xədicə İsmayıl barəsində seçilən 220 satlıq icbari əməklə məşğul olması barədə qərar qüvvədə saxlanılıb. Məhkəmədə Xədicə İsmayılın mövqeyini çatdırdım. Qərarı qüvvədə saxladılar“.
Binəqədi rayon Məhkəmə icraçıları tərəfindən X. İsmayıl barəsində seçilən 220 saatlıq icbari əməyə xitam verilməsi barədə müraciət edilib.
Xədicə İsmayıl yanvarın 26-da Bakıda İsmayıllı hadisələrinə dəstək aksiyasında iştirak etdiyinə görə 400 manat məbləğində cərimə edilib.

Lakin o, cəriməni ödəməkdən imtina edib.

Məhkəmə icraçılarının iddiasına əsasən, iyunun 10-da Binəqədi rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayıl barəsində 220 saatlıq icbari əməklə məşğul olmaq barədə qərar qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG