Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:02

Sosial mediadan istifadə edən fotoqraf kimləri axtarırdı?


Amerikalı fotoqraf Patrick Witty 2001-ci ildə çəkdiyi foto
Amerikalı fotoqraf Patrick Witty 2001-ci ildə çəkdiyi foto
-
Amerikalı fotoqraf Patrick Witty 2001-ci il sentyabrın 11-də Əkiz Qüllədən aşağı düşən adamlara baxa bilməyib və üzünü Park Rov və Beekman küçəsində bu dəhşəti seyr edənlərə çevirib. Bina uçan vaxtı o, bu şahidlərin fotosunu çəkib. Deyir ki, adamların üzündə bir dəhşət, inamsızlıq görüb.
Uzun illərdən sonra Patric Witty həmin şəkli sosial mediada yayıb. O, həmin şəkildəki adamları axtarır. Patric Mahsable-in müxbiri ilə söhbətində o deyib ki, bir il əvvəl bu fotonu Facebooka yerləşdirəndə həmin şəkil 10 min dəfə paylaşılıb. “Mən o vaxt bu fotodakı 2 adamı müəyyənləşdirə bildim. Həmişə maraqlanırdım ki, bu adamların taleyi necə oldu. Fikirləşirdim ki, həmin adamlar o saatda Əkiz Qüllənin yanında nə edirdilər və sonra nələr oldu. Məsələn, ortada olan Benjamin (asiyalı) həmin səhər Dünya Ticarət Mərkəzinə iş üçün gəlmişdi, amma o müsahibəyə gecikmişdi”.
Fotoqraf deyir ki, şəkildəki adamlar haqqında məlumat toplaya bilir. Artıq 6 nəfəri müəyyənləşdirib.
“Adamları tapmaqda hansı sosial media effektiv olub” sualına Patric Witty belə cavab verib: “Mən əvvəlcə Time-de yerləşdirdim, sonra foto Yahoo-da, Twitterdə, Reddit, İnstagramda yayıldı”.
Patric Witty həmin fotonu çəkdiyi anı belə xatırlayıb: “Binadan düşən meyitləri seyr etməyə dözə bilmədim. Arxaya çevrildim. Bu zaman dəhşətdən donub qalmış üzlər gördüm. Fotoaparatım üstümdəydi. Onların şəklini çəkdim, bu zaman arxada Cənub Qüllə uçmağa başladı. Mən isə ora baxanları çəkirdim".
Patric Witty fotodakı adamlardan artıq altısının kimliyini müəyyənləşdirə bilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG