Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40
-
İTV Cəmil Həsənliyə ödənişli efir vaxtı verməyib. Bu barədə AzadlıqRadiosuna hüquqşunas Elman Fəttah məlumat verib:

“Sentyabrın 24-də İTV-nin direktor müavini Əlabbas Quliyev bizi qəbul etdi. Bildirdi ki, ödənişli efir vaxtı üçün müraciət müddəti sentyabrın 23-də başa çatıb. Onu da deyim ki, sentyabrın 23-də İTV bizi qəbul etməmişdi".

İTV öz saytında ödənişli təşviqat kampaniyaları ilə bağlı açıqlama yayıb.

Namizədlər ödənişli təşviqat üçün əlavə efir vaxtına görə şirkətə seçkiöncəsi təşviqatın başlanmasından sonra bir həftə müddətində müraciət etməli və püşkatma keçirilməli idi.

Açıqlamada göstərilir ki, Seçki Məcəllənin 80.4-cü maddəsinə istinad edilir. Sentyabrın 23-də həmin müddət bitsə də, heç bir namizəd İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəsmi müraciət etməyib.

Şirkət ödənişli təşviqat üçün ehtiyatda saxlanmış vaxtla bağlı hüququ olan
namizədlərin müraciət etməməsini nəzərə alaraq həmin vaxtın yeni tərəfdaşlara satılması barədə müqavilə öhdəliyi götürüb.

Hüquqşünas Hafiz Həsənli bildirir ki, bu problem qanunvericilikdən irəli gəlir. Onun fikrincə, Seçki Məcəlləsində çox məsələlər ədalətsizdir və namizədlərin efirə çıxışlarını məhdudlaşdırmağa hesablanıb:

«Burda 81.4-cü maddə əsas götürülüb. Bu maddədə ödənişli efir vaxtı ilə bağlı normalar göstərilib. Müddəti ilə bağlı isə həmin maddədə 80.4-cü maddəyə istinad olunur. Buna hüquqda «göndərici normalar» deyirlər. 80.4-cü maddədə göstərilir ki, namizədlər təşviqat müddəti başlanandan 1 həftə ərzinə müraciət edə bilərlər. Bu cür qanunla normal seçkilərin keçirilməsi mümkünsüzdür. Qanun özü dəyişməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG