Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16
-
Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün ilk premyerası baş tutub.

Xalq Artisti Azər Paşa Nemətin rejissor təqdimatında Əli Əmirlinin “Şah Qacar” tarixi faciəsinin tamaşası olub.

Tamaşadan görüntü

Tamaşadan görüntü

Xəbəri AzadlıqRadiosuna Əli Əmirli verib.

Səməd Vurğunun "Vaqif" pyesindən fərqli olaraq Ə.Əmirli Şah Qacarı "qaniçən işğalçı", "bəşəriyyətin boynunu vurmağa hazır qəddar padşah" kimi təqdim etmir.

Quruluşçu rejissorun həm də quruluşçu rəssam kimi çıxış etdiyi tamaşada Şah Qacar rolunda Xalq Artisti Fuad Poladov oynayıb.

Qalan rollarda Xalq artisti Laləzar Mustafayeva, Əməkdar artistlər Sabir Məmmədov, Məmməd Səfa, Vidadi Həsənov, Anar Heybətov, Kazım Abdullayev, Elşən Rüstəmov, Ayşad Məmmədov, Elnar Qarayev, Mətləb Abdullayev və başqaları çıxış ediblər.

“Şah Qacar”ın növbəti tamaşası sentyabrın 27-də olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG