Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması zamanı vəsiqəni qəsdən korlayanlar məsuliyyət daşımayacaq.
Bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, 35-ci maddənin XII - “qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya süründürməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar” hissəsində “qəsdən korlanmasında” sözlərinin çıxarılması nəzərdə tutulur.
Dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Məlumatı APA yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG