Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:05

Avropa Məhkəməsi Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb


-
Avropa İnsan Hüquqları Məhkəməsi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun şikayətini icraata götürülüb. Bu barədə azadlıqRadiosuna Elçin Behbudov məlumat verib:
“Vəkilim mənə bildirdi ki, mənm şikayətim icraata götürülüb və Azərbaycana sorğu göndərilib. Avropa İnsan Hüquqları Məhkəməsinə 2012-ci ilin sonlarında müraciət etmişdim”.
2010-cu ildə keçirilən parlament seçkilərində Mərkəzi Seçki Komissiyası (MSK) Elçin Behbudovun namizədliyini qeydə almayıb. Buna təqdim edilən imzaların saxta olması səbəb göstərilib. Elçin Behbudov həmin qərardan apellyasiya şikayətiverib. Lakin məhkəmə şikayəti təmin etməyib. Ali Məhkəmə də qərarı qüvvəsində saxlayıb. Bundan sonra E. Behbudov Avropa İnsan Hüquqları məhkəməsinə şikayət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG