Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:44

Komissiya sədri: «Milli Şura namizədinin şəkillərini yağış isladıb, külək cırıb»


-
Sədr YAP namizədinin plakatlarına xətər toxunmamasını şəklin və yapışqanın yüksək keyfiyyətinə bağlayıb.
AzadlıqRadiosunun müxbirinin verdiyi xəbərə görə, bu gün (24 sentyabr – red.) İsmayıllı rayonundakı təşviqat məntəqələrindən Cəmil Həsənlinin seçki plakatları yığışdırılır.
Rayon mərkəzinin 1 saylı şəhər tam orta məktəbində yerləşən 2 saylı məntəqənin sədri Vaqif Rəhimov buradakı lövhəyə hələ Cəmil Həsənlinin şəklinin vurulmadığını desə də, məktəbin yanındakı tullantı qabından Milli Şura namizədinin şəklinin tapılması onun sözünü dəyişdirib.
Məntəqə sədri sentyabrın 23-də gecə rayon ərazisində şiddətli yağış yağdığını və güclü külək əsdiyini əsas gətirərək plakatın bu üzdən qopub yerə düşdüyünü deyib.

Fikrini əsaslandırmaq üçün başqa bir namizədin – Qüdrət Həsənquluyevin də şəklinin qopub yerə düşdüyünü misal çəkən sədr yağış və küləyin iqtidar partiyasının namizədi İlham Əliyevin plakatına xətər gətirməməsini şəklin və yapışqanın yüksək keyfiyyəti ilə əsaslandırıb.
İsmayıllı 86 saylı dairə seçki komissiyasının sədri Əli Rəmzi Məhərrəmov da plakatların cırılıb yerə düşməsini güclü yağışa və küləyə bağlayıb. O, namizədlərin nümayəndələrinə plakat yapışdırma işinə ciddi yanaşmağı və bu işi uşaqlara etibat etməməyi məsləhət gördüyünü söylədiyini də sözlərinə artırıb:
“İnanın, hətta təklif etdim ki öz cibimin pulu ilə alım sizə “pvo kleyi” verim. Onda görəcəksiniz ki, belə hallar olmayacaq... Əgər yağışın yağmağı mənim günahımdırsa buna sözüm yoxdur”.

Şərhləri göstər

XS
SM
MD
LG