Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:30

Azərbaycanın bir neçə rayonu qazsız qalacaq


-
Sentyabrın 24-də Azərbaycanın bir neçə rayonu qazsız qalacaq.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə “Xızı” Avtomatik Qazpaylayıcı Stansiyasında və “Günəşli” Qazpaylayıcı Stansiyasında, “Bolqarıstan” Qazpaylayıcı Stansiyasında, “Dəliməmmədli” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Quba” Qazpaylayıcı Stansiyalarında, “Horadiz” Qaztənzimləyici Məntəqəsində və “Qəçrəş” ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq. Nəticədə Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, Zərdab, Quba, Füzuli rayonlarına, Xızı, Goranboy və Cəlilabad rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq. Birliyin məlumatına görə təhcizatın dayandırılmasına səbəb qaz xətlərində aparılan təmir işləridir.
XS
SM
MD
LG