Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:36

Bakıya güclü yağış yağıb


-
Ötən gecə- sentyabrın 23-də paytaxta güclü yağış yağıb. Yağış göy gurultusu, şimşək çaxması ilə müşaiyət olunub. Yüclü yağış nəticəsində küçələrdə gölməçələr yaranıb.

Sentyabrın 24-də yağışla əlaqədar olaraq payataxtın bəzi küçələrində nəqliyyatın hərəkəti iflic olub.
Sentyabrın 23-dən 24-ə keçən gecə Bakıda və Abşeron yarımadasında 4 saat ərzində yağan yağıntının miqdarı 30-33 mm olub ki, bu da aylıq normadan təxminən iki dəfə (192 faiz) çoxdur. Bu barədə TREND-ə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, bu, sentyabr ayı üçün rekord göstəricidir.

O bildirib ki, ən çox yağıntı 1980-ci ilin sentyabrında düşüb. Lakin həmin il sutka ərzində düşən yağıntı 46 mm olub.

Hidrometeroqlar gecədən fərqli olaraq sentyabrın 24-də gün ərzində havanın yağmürsuz keçəcəyini, 23-28 dərəcə isti olacağını bildirir.
Bölgələr də də hava yağmursuz keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG