Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:54
-
Golnaz Esfandiari

Bir çox İranlılar inanırlar ki, prezident Hassan Rouhaninin (Həsən Ruhani) BMT səfəri ölkənin bəxtini açacaq.
İran prezidenti Hassan Rouhaninin çoxdan gözlənilən səfəri zamanı – sentyabrın 24-də Birləmiş Millətlər Təşkilatının Baş Assambleyası qarşısındana edəcəyi çıxış bir çox iranlılar arasında ümid və yüksək gözləntilər yaradıb.
İranın ziddiyyətli nüvə proqramı səbəbilə Birləşmiş Ştatlar və onun müttəfiqləri tərəfindən ölkə üzərinə qoyulmuş boğucu sanksiyalara görə güzəranları pisləşmiş bir çox İran vətəndaşları ümid edirlər ki, bu səfər Tehran və Vaşinqton arasında gərginliyin azalması üşün başlanğıc ola bilər.
Əlaqələri 1979-cu il inqilabından və ABŞ diplomatlarının giröv götürülməsindən sonra qırılmış iki ölkə, son illərdə İranın Vaşinqtonun inamına görə hərbi xarakter daşıyan ziddiyyətli nüvə proqramı üstündə kəllə-kəlləyə gəlirlər. İran nüvə proqramı barədə ittihamları rədd edir.
İranda çoxları üçün Rouhani və Obama arasında görüş və hətta əl-ələ salamlaşma müsbət işarə sayıla bilərdi. İki lider arasında heç bir görüş nəzərdə tutulmasa da, nə Ağ Ev, nə də Rouhani belə bir görüşün mümkünlüyünü istisna etməyiblər.
İranda adının çəkilməsini istəməyən bir jurnalist AzadlıqRadiosuna adamların ümidlərini belə ifadə edib: “Obama və Rouhani arasında heç olmasa əl-ələ salamlaşma hər iki tərəfin İran iqtisadiyyatının hazırkı bataqlıqdan çıxarılması üçün niyyətli olduqlarını göstərərdi”.
Tehranda yaşayan 43 yaşlı mühəndis qadın deyir ki, iki ölkə arasında etimadsızlıq divarının bir gecədə yıxılmasını gözləmək olmaz, lakin Rouhaninin Nyu York səfəri buzun əriməsinə kömək edə bilər.
Barack Obama və Hassan Rohani

Barack Obama və Hassan Rohani

“Mən çox ümidliyəm, əslində, son illərdə ilk dəfədir, ümid edirəm ki, yaxşı şeylər baş verə bilər, - deyir qadın, - biz sanksiyalardan və təklənməkdən bezmişik. Biz ümid edirik ki, Rouhani nüvə məsələsini həll edə və ABŞ-la münasibətləri yaxşılaşdıra bilər. Onun səfəri, məncə, ilk addımdır”.
EHTİYATLI NİKBİNLİK
Uzun illərdir ki, İranda “Böyük İblis” adlandırılan ABŞ-la danışıqlar mövzusunun özü belə tabu idi.
Lakin indi, Rouhaninin və Obamanın şəkilləri, iki lider arasında Nyu Yorkda mümkün görüş barədə söz-söhbətlər İran qəzetlərində dərc olunur. İslahatpərəst media İran müşahidəçiləri arasında ehtiyatlı nikbinliyə səbəb olan mülahizələr barədə təhlil və pəylərə geniş yer verir.
Mötədil “Etemad” gündəlik qəzeti 23 sentyabr sayında iki prezident arasında görüşün mümkünlüyünə dair 50 təhlilçi, siyasətçi və ziyalı arasında rəy sorğusu keçirib.
Qəzetin bu barədə dərc etdiyi məqalə “Obama-Rouhani : bir görüşə əlli baxış” adlanır.
Nyu Yorka yola düşməzdən əvvəl Ruhani demişdi ki, o səfərindən “İranın həqiqi simasını” göstərmək üçün istifadə edəcək.
Onun rəsmi internet saytında deyilir ki, Rouhani jurnalistlərə bunları bildirib: “Bu səfər zamanı biz məzlum İran xalqının səsini dünyaya yetirəcəyik və bildirəcəyik ki, sanksiyalar qanunsuz və yolverilıməzdir”.
Bir çox iranlıar bundan əvvəl keçmiş prezident Mahmoud Ahmedinejatın BMT çıxışlarını və onun yəhudi soyqırımını inkar edən nitqlərindən sonra Qərb nümayəndə heyətlərinin zalı tərk etdiklərinin şahidi olublar.
Yarımrəsmi İSNA agentliyi yazır ki, indi iranlıların çoxu prezidentin bu dəfə “boş oturacaqlar”a müraciət etməyəcəyinə əmindirlər.
“TƏBƏSSÜM DİPLOMATİYASI”
İSNA xəbər agentliyi bildirib ki, iranlılar Ruhaninin özünün “təbəssüm diplomatiyası” ilə İranın beynəlxalq birliklə münasibətlərinin yeni səhifəsini aça biləcəyinə və bu səhifədə “dağıdıcı tufan” deyil, “mötədil dəyişiklik mehi” olacağına ümid edirlər.
Nikbinlik hissi, Rouhani seçiləndən bəri, deyəsən İranın milli valyutası – rialın da məzənnəsinə təsir edib
İsfahanda bir tələbə AzadlıqRadiosuna bildirib: “Ümid bizi tərk etmişdi, indi yenidən qayıdıb”.
Bir başqaları daha ehtiyatlı səslənirlər.
Bir gənc iranlı deyir: “Biz keçmiş prezident Xatəmi də hakimiyyətə gələndə çox ümid edirdik, lakin o, çox şeyə nail ola bilmədi. Yenə də ümid edirik ki, Rouhani nə isə edə bilər”.
Bir çox iranlılar öz ümid və gözləntilərini ifadə etmək üçün Facebook-a üz tutublar və mesajlarını hazırda Nyu Yorkda, BMT sammitinə hazırlaşan xarici işlər naziri Cavad Zərifin səhifəsinə post edirlər.
“Nə olar, bizə yaxşı xəbər gətirin” – deyə bir istifadəçi yazır. Başqa bir mesajda isə deyilir ki, Rouhani özü ilə bu səfərə iranlıların ümidlərini də aparıb.
Nikbinlik hissi, Rouhani seçiləndən bəri, deyəsən İranın milli valyutası – rialın da məzənnəsinə təsir edib.
Sentyabrın 23-də, bu il ilk dəfə olaraq ABŞ dollarının məzənnəsi 30 min rialdan az olub.
Tehranda bir jurnalist AzadlıqRadiosuna bildirib ki, bir çox iranlılar Ruhaninin səfəri nəticəsində ölkə iqtisadiyyatının canlanacağına ümid edirlər.
“Obama və Rouhani arasında görüşün elə təkcə mümkünlüyü barədə söz-söhbət riyalın məzənnəsini qaldırıb, - deyir jurnalist, - adamlar düşünürlər ki, əgər bu iki kişi əl verib salamlaşsalar, bu, iqtisadi vəziyyətdə dərhal dəyişikliyə səbəb olacaq. Üstəlik hətta söhbət eləsələr, bu görüşün təsiri onqat çox olacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG