Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43
-
Ötən gecə- sentyabrın 23-də paytaxta güclü yağış yağıb. Yağış göy gurultusu, şimşək çaxması ilə müşaiyət olunub. Yüclü yağış nəticəsində küçələrdə gölməçələr yaranıb.

Sentyabrın 24-də yağışla əlaqədar olaraq payataxtın bəzi küçələrində nəqliyyatın hərəkəti iflic olub.
Sentyabrın 23-dən 24-ə keçən gecə Bakıda və Abşeron yarımadasında 4 saat ərzində yağan yağıntının miqdarı 30-33 mm olub ki, bu da aylıq normadan təxminən iki dəfə (192 faiz) çoxdur. Bu barədə Ekologiya və Təbii Sərvətlər nazirliyi məlumat yayıb. Məlumata görə, bu, sentyabr ayı üçün rekord göstəricidir. Ən çox yağıntı 1980-ci ilin sentyabrında düşüb. Lakin həmin il sutka ərzində düşən yağıntı 46 mm olub.

Hidrometeroqlar gecədən fərqli olaraq sentyabrın 24-də gün ərzində havanın yağmürsuz keçəcəyini, 23-28 dərəcə isti olacağını bildirir.
Bölgələr də də hava yağmursuz keçəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG