Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:54

İran 80 siyasi məhbusu azad edir


Yeni İran prezidenti Hassan Rohani Nyu Yorka BMT Ali Məclisinə yola düşəndən bir neçə saat sonra İran elan edib ki, 80 siyasi məhbus əfv olunub. Onlar arasında 2009-cu il prezident seçkilərindən sonra etirazlarda tutulanlar da var.

Səfər ərəfəsi Rohani deyib ki, o, BMT Baş Məclisində İranın həqiqi simasını təmsil edəcək.

İndi əfv olunanlar arasında iki əsas müxalifət lideri – Mir Hossein Musavi və Mehdi Karubi yoxdur. Onlar indiyədək ev dustağıdır.
XS
SM
MD
LG