Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:22

Vəkili Pərviz Həşimli ilə görüşə bilmir


-
«Bizim Yol» qəzetinin əməkdaşı, moderator.az saytının redaktoru, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşə imkan verilmir.

Jurnalistin vəkili Elçin Sadıqov belə deyir. Onun bildirdiyinə görə, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Həşimovla görüşünə süni əngəl yaradılır:

«MTN-nin əsas girişində qanunsuz olaraq sənədlərdən əlavə üzərimdə olan bütün əşyaları, hətta şəxsi avtomobilimin açarına qədər aldılar. Daha sonra məni içəri buraxsalar da, istintaq təcridxanasında daxil olmağa icazə verilmədi. Bildirdilər ki, daxili qaydalara görə, görüş üçün mütləq müstəntiqin icazəsi olmalıdır».

Elçin Sadıqov Azərbaycan qanunvericiliyini xatırladır və bildirir ki, vəkilin müdafiə etdiyi şəxslə görüşməsi üçün hər hansı icazənin alınması nəzərdə tutulmayıb. Vəkil Həşimlilərin ailələrinin də təhdid olunduğunu bildirib.

Pərviz Həşimli 2 ay müddətinə həbs olunub. Elçin Sadıqov deyir ki, Səbail rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verilib. Şikayət məhkəməyə təqdim edilib və yaxın günlərdə baxılacaq.

Pərviz Həşimli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işi başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG