Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:28
-
«Şamil Əzizbəyov küçəsindəki 140 saylı, üçmərtəbəli binanın sakinləri ev-eşiklərindən didərgin düşüblər».

Bunu «Qaynar xətt»ə binanın 2-ci mərtəbəsində yaşayan Afaq Nəcəfova bildirib. Onun dediyinə görə, 20-mənzilli bina 1880-ci ildə istifadəyə verilib. O gün-bu gün bircə dəfə də əsaslı təmir olunmayıb. İndi daşı daş üstə qalmır:

«Bina qəzalı vəziyyətdədir. Hər gün uçmaq təhlükəsi var. Burada yaşamaq təhlükəlidir. Eyvanlar demək olar ki aşır, daşlar qopub düşür. Uşaqları həyətə buraxmağa qorxuruq. Hər yerə müraciət etmişik. İcra hakimiyyətinə də yazmışıq. Bir gəlib maraqlanan yoxdur ki, nə baş verir. Bildiyimizə görə, binamızı qəzalı binalar siyahısına salıblar. Ancaq bilmirik ki, bu bina o siyahıda nə qədər qalacaq? Gözləyirlər ki, bir bədbəxt hadisə baş versin, ondan sonra tədbir görsünlər?».

«ADAMLAR EVLƏRİNDƏN QAÇIR»

Bina şəhərin lap mərkəzində - Rəşid Behbudov küçəsi ilə kəsişmədə yerləşir. Afaq Nəcəfova deyir ki, binanın 3-cü mərtəbəsində yaşayanlar köçərək kənarda mənzil kirayələyiblər:

«O vaxt bu binanın bir hissəsi taxta, bir hissəsi daşla tikilib. Taxta pilləkanlar tamamilə çürüyüb, sıradan çıxıb. Yuxarı mərtəbədə yaşayanlar həyatlarına təhlükə hiss etdiklərindən evlərindən çıxıb kirayədə yaşamağa üstünlük veriblər».

Bina Nəsimi rayon İcra Hakimiyyətinin 15 saylı Mənzil-Kommunal İstismar Sahəsinin (MİS) ərazisində yerləşir.

MİS-dən bildirdilər ki, binaya baxış keçirilib. Onun yararsız olması, əsaslı təmir-bərpa işlərinin aparılmasının zəruriliyi barədə Nəsimi İH Mənzil Təsətrüfat Birliyinə məktub yazıblar. Oradan da məktubu Bakı şəhər İcra Hakimiyyətinin Tikinti-Bərpa Departamentinə yollayıblar. Bir müddətdən sonra cavab gəlib ki, pul ayrılanda təmir-bərpa işləri də aparılacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG