Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:28

Çin mediasının məlumatına görə, Ukrayna 3 milyon hektar ərazisini Çinə icarəyə verir


Ukrayna 3 milyon hektar ərazisini Çinə icarəyə verir.

Çin mediasının verdiyi xəbərlərə görə, icarə 50 ilə nəzərdə tutulur. Hər il Çin icarəyə görə Ukraynaya 2 milyard 600 milyon dollar pul verəcək.

Razılaşma Ukraynanın dövlət KSG Agro şirkəti ilə Çinin Sincan İstehsal və tikinti korporasiyası arasında əldə olunub.

KSG Agro əvvəlcə 100 min hektar yeri icarəyə vermək istəyirdi.

Çin korporasiyası icarəyə götürdüyü yerdə donuz və dənli bitkilər yetişdirəcək.

Çin mediasının bu xəbərlərini Ukrayna və Çin şirkətləri hələ ki, nə təsdiq, nə də təkzib edir.
XS
SM
MD
LG