Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:12

Prezidentliyə keçmiş namizəd Sedrakiana 14 il həbs cəzası kəsildi


Ermənistan məhkəməsi prezidentliyə keçmiş namizəd Vardan Sedrakiana 14 il həbs cəzası verdi.

Sedrakian fevral seçkilərində öz rəqibini öldürməyə cəhddə günahkar bilinib.
Məhkəmədə Sedrakian yenə də təkid edib ki, günahsızdır.

Yanvarın 31-də Ermənistanın Öz Müqəddəratını Həll Etmə Partiyasının lideri Paruyr Hairikian güllə ilə vurulmuşdu. Bundan sonra polis 2 nəfəri həbs etdi. Həmin 2 şəxs indi 12 və 14 il həbsə məhkum edilib.

Fevralın 18-dəki prezident seçkiləri ərəfəsi Sedrakian jurnalistlərə demişdi ki, bu iki şəxs onun evində rəngsaz işləyirmiş.
XS
SM
MD
LG