Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:45
-
Ermənistan məhkəməsi prezidentliyə keçmiş namizəd Vardan Sedrakiana 14 il həbs cəzası verdi.

Sedrakian fevral seçkilərində öz rəqibini öldürməyə cəhddə günahkar bilinib.

Məhkəmədə Sedrakian yenə də təkid edib ki, günahsızdır.

Yanvarın 31-də Ermənistanın Öz Müqəddəratını Həll Etmə Partiyasının lideri Paruyr Hairikian güllə ilə vurulmuşdu. Bundan sonra polis 2 nəfəri həbs etdi. Həmin 2 şəxs indi 12 və 14 il həbsə məhkum edilib.

Fevralın 18-dəki prezident seçkiləri ərəfəsi Sedrakian jurnalistlərə demişdi ki, bu iki şəxs onun evində rəngsaz işləyirmiş.
Paruyr Hairikian

Paruyr Hairikian


Həyatına sui-qəsd olunan prezidentliyə namizəd və keçmiş dissident Hairikian deyib ki, ona sui-qəsdi KQB-nin agent şəbəkəsi həyata keçirib. Ancaq o deyir ki, bunu indiki ya keçmiş KQB-nin etdiyini bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG