Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:12

«Mitinqdə YAP-ın ünvanına böhtanlar səsləndirilib»


S. Novruzov
S. Novruzov
-
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın namizədi Cəmil Həsənlinin sentyabrın 22-də keçirdiyi təşviqat mitinqində baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasına və aidiyyəti qurumlara rəsmi müraciət ünvanlayacaq.
S.Novruzov APA-ya bildirib ki, mitinqdə çıxış edənlər nəinki Seçki Məcəlləsinin, o cümlədən digər qanunvericiliyin tələblərini pozublar:
«Mitinq kifayət qədər aşağı səviyyəli idi. Ora yığışanlarını sayının çox olması ilə bağlı yalan informasiyalar yayırlar, amma maksimum 1000-1500 nəfər olardılar. Əksəriyyəti özlərinin qohum əqrəbası, ordan-burdan yığılmış, ayrı-ayrı təşkilatların üzvü olan adamlar idi. Çıxışçılar Azərbaycan Konstitusiyasının, Seçki Məcəlləsinin, digər normativ hüquqi aktların tələblərini ciddi şəkildə pozmaqdan sanki xüsusi zövq alırdılar. Onlar bu çıxışları ilə seçki ərəfəsində təxribat yaratmaq istəyirlər».
Siyavuş Novruzov onu da bildirib ki, mitinq üçün razılaşdırılmış vaxt başa çatandan sonra dağılmamaq cəhdi ilə polisin onlara müdaxilə etməsini, bunla da təxribat yaratmaq istəyirdilər.

BAŞ POLİS İDARƏSİ MƏLUMAT YAYIB
Bakı Şəhər Baş Polis İdarəsi də 22 sentyabr minitinqi ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Demokratik Qüvvələrin Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin keçirdiyi mitinqdə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Mitinq saat 16:00-dan 18.00-dək davam edib, Milli Şuraya daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifət yönlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumilikdə 2000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG