Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00

Azərbaycan Avropa çepmionatdından 5 medalla qayıdıb


-
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənc cüdoçular arasında Avropa çempionatı başa çatıb. 13 idmançı ilə çempionata qatılan Azərbaycan 5 medalla –2 qızıl, 3 bürünc geri dönüb.
Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata görə, Davud Məmmədov (55 kq) və Rəşad Rufullayev (60 kq) Avropa çempionu olublar. Mehman Sadıqov (55 kq), Oruc Vəlizadə (60 kq) və Məhəmmədəli Mehdiyev (81 kq) isə bürünc medal qazanıblar.
Bununla da Azərbaycan komandası 5 medalla 43 ölkə arasında ikinci yerdə qərarlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG