Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:11

Pakistan Talibançı məhbusu azad edib



Ölkənin Daxili İşlər nazirliyinin sözçüsü Omar Hamid Talibançı Abdul Ghani Baradarının azadlığa buraxılmasını təsdiqləyib.

Onun azadlığa buraxılması Əfqanıstanla münasibətlərin yaxşılaşdırılması istiqamətində atılmış addım sayılır.

Əfqan Sülh Şurasının nümayəndəsi Shahzada Shahad AzadlıqRadiosuna deyib ki, Mullah Baradarın sülh prosesinə köməyi dəyəcəyinə ümid edirlər.

Baradar Talibanın yaradıcılarından biridir və qrupun mənəvi lideri Mullah Muhammad Omarın yaxın adamıdır.

Pakistan sülh danışıqlarına nail olmaq üçün son yarım ildə 33 Talibançı məhbusu azadlığa buraxıb.
XS
SM
MD
LG