Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:59

MSK şikayət ərizələrinə baxıb


Əli Əhmədov müraciətində bildirilib ki, sentyabrın 19-da İctimai Televiziyada keçirilən debatda Cəmil Həsənlinin prezident İlham Əliyevi, onun ailəsinin şərəf və ləyaqətini təhqir edib. Cəmil Həsənli də müraciətində eyni debatda prezidentliyə namizəd Hafiz Hacıyevin onu və ailəsini təhqir etdiyini, ona plastik su qabı atdığını, ayrılmış 1.5 dəqiqə vaxtını aldığını bildirib. İctimai Televiziyanın şikayət məktubunda Cəmil Həsənlinin efir qaydalarını pozduğu, əlavə 6 dəqiqə 12 saniyə efir vaxtından istifadə edib televiziyaya maddi ziyan vurduğu bildirilib.Mərkəzi Seçki Komissiyası sentyabrın 21-də bu müraciətlərə baxıb.

Bölmələr

XS
SM
MD
LG