Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:10

Cəmil Həsənlinin seçicilərlə görüşü başa çatıb [Video]


-
Sentyabrın 22-də Bakıda Milli şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçiciləri ilə mitinq-görüşü keçirlir. "Məhsul" stadionunda keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıb. AzadlıqRadiosunun müxbirləri tədbirdən canlı yayım verirlər. Yazı daim yenilənir, ən son məlumatlar mətnin yuxarı hissəsində yerləşdirilir.

Mitinq təşkilatçıları Azərbaycan hakimiyyətinə ünvanlanmış qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Milli Şura aşağıdakı tələblərin yerinə yetirilməsini qeydsiz-şərtsiz tələb edir:
- Həbsdə olan siyasi və əqidə məhbusları bir an öncə azadlığa buraxılsın!
- Ölkənin paytaxtında və bölgələrdə namizədlərlə görüş üçün normal yerlər ayrılsın
- Seçki siyahıları və ölkəni tərk edən seçicilər barədə cəmiyyətə doğru məlumat verilsin
- İlham Əliyevin inzibati resursları öz təbliğatına istiqamətləndirməsinə son qoyulsun!

Cəmil Həsənli ölkə prezidenti İlham Əliyevi debata çağırıb. Deyib ki, gəlsin debatlarda özü iştirak etsin və xalqa hesabat versin:

"Gəlsin mənimlə debata, izah etsin ki, 10 ildə bu torpağın bir qarışı niyə azad olunmadı? Korrupsiyaçının vətən, torpaq sevgisi ola bilməz. Bunlar Qarabağ problemini də hakimiyyətdə qalmaq üçün alver predmetinə çeviriblər.
Müxalifət liderləri çıxış edərkən

Müxalifət liderləri çıxış edərkən

Bu, seçki deyil, seçki görüntüsüdür, xalqın haqqına, hüququna həqarətdir. Qoy onlar öz əməllərindən, xalqın fəlakətləri üzərində sərvət toplamalarından utansınlar. Bunlar mif yaradırdılar ki, Azərbaycanın sülalə hakimiyyətindən başqa yolu yoxdur. Heç kəs bu ölkəni Şimali Koreyaya döndərə bilməz”.

İsa Qəmbər:

Heç bir qüvvə xalqın qarşısını kəsə bilməz. Biz mütləq qalib gələcəyik. Bizi ittiham edirdilər ki, iddialarından əl çəkə, başqasəna güzəştə gedə bilmirlər. İndi isə deyirlər ki, niyə özləri iddia ortaya qoymurlar, ziyalı bir şəxsin arxasında gizləniblər.
Bu tamamilə əsassız fikirdir. Biz iddiamızdan geri çəkilməmişik. Bizim iddiamız vəzifə, prezidentlik iddiası deyil. Azərbaycanın azad, demokratik ölkə olması, sərvətlərimizin xalqımıza çatması, Qarabağın azadlığıdır. Biz bu iddialarımızdan heç vaxt geri çəkilməyəcəyik.
Eldar Namazov:
- Artıq Milli Şuranın bölgələrdə görüşləri başlayıb. Milli Şuranın ölkənin hər bir bölgəsində belə görüşlər gözlənir. Görüşdüyümüz gənclər, ziyalılar vahid namizəd Cəmil Həsənlini ellikcə dəstəklədiyini bilirlər.
“Səs yox oğruya, səs veririk doğruya”. Şüar səslənir

VƏKİL ASLAN İSMAYILOV MİTİNQDƏ ÇIXIŞ EDİB...

Hüquqşünas Aslan İsmayılov:
"Bu debatlarda qürurumuzu, mənəviyyatımızı, ləyaqətimizi tapdaladılar. Göstərdilər ki, Azərbaycan xalqını Hafizlər, Zahidlər təmsil edir. İstədilər ki, camaatı seçkilərdən iyrəndirsinlər. Cəmil Həsənlinin timsalında bütün Azərbaycan xalqını təhqir etdilər. Mən ona görə burdayam. İllərlədir deyirdilər müxalifət birləşə bilmir, lideri yoxdur. Amma biz indi öz liderimizi gorürük.
Biz göstərməliyik ki, özümüzü müdafiə edə bilirik. Mən bura vətəndaş kimi gəlmişəm, heç kimə yol vermərəm ki, xalqımı təhqir etsinlər!
Məhkəmələrdə qulağıma pıçıldayan, “bizlik deyil, Aslan” deyən hakimlərə, prokurorlara deyirəm, mənim kimi olun, ləyaqətinizi, şərəfinizi qoruyun!”

ƏLİ KƏRİMLİ: CƏMİL HƏSƏNLİ HAKİMİYYƏTİ SARSIDIB
Mitinqdə çıxış edən AXCP sədri:

Əli Kərimli mitinqdə çıxış edərkən

Əli Kərimli mitinqdə çıxış edərkən

"İctimai TV-də bir döyüş gedir. Professor Cəmil Həsənli gözlənilməz, dəqiq zərbələri ilə Azərbycanı 20 ildi işğalda saxlamış Azərbaycan hakimiyyətini artıq sarsıdıb. Hakimiyyət çaşqınlıq içindədir. Öz düşərgəsinə xəyanət edilmiş adamları köməyə çağırıblar.
Cəmil Həsənli cəmisi 12 dəqiqə ərzində İlham Əliyevin 10 illik hakimiyyətini darmadağın etdi, yalnız korrupsiya ifşa alındı, həm də xalqımıza ciddi mesajlar verildi. Ailə başçılarına idi bu mesajlar. Cəmil Həsənli onlara mesajlar verdi ki, sizdən illərlə oğurlanmış milyardlar ofşor zonalardadır, bu ailədədir.
Sizin sərvətləriniz prezident övladlarının holdinqlərindədir. Öz sərvətinə sahib ol!"

MİTİNQ BAŞLAYIB...

Mitinq başladı. Aksiya iştirakçıları "əəə...bəsdir", " "aparıcı utan, İTV" şüarları yazılmış plakatlar qaldırıblar.
Mitinqdə "İlham, çıx get!", "İlham, bəsdir!" "Nə qədər ki, zülm əli ilə boğulur, övladımız padşaha qul doğulur" şüarları səslənir.
Aksiyada müxalif partiyaların bayraqları ilə yanaşı şarlar da gətirilib.
MİTİNQƏ GƏLƏN GƏNCLƏRİN SAXLANDIĞI DEYİLİR
Üzərinə “Cəmil Həsənli” yazılmış köynəklər geyinmiş gənclər saxlanıb.
Bu barədə AzadlıqRadiosuna Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı bildirib.
CƏMİL HƏSƏNLİNİN SEÇİCİLƏRLƏ GÖRÜŞÜNDƏN GÖRÜNTÜLƏR

Your browser does not support iframes.

Onun sözlərinə görə, üzərində “Cəmil Həsənli” yazılmış köynəklər geyinmiş 5 gənc Milli Şuranın mitinqinə gedirmiş: “Müsavat partiyasının qərargahından çıxandan az sonra polis onları saxlayıb. Deyib ki, bu köynəkləri geyinmək olmaz. Onları Binəqədi polis idarəsinin 5-ci polis bölməsinə gətiriblər”.
Gülağa Aslanlı deyir ki, hadisədən xəbər tutan kimi digər müsavatçı gənc Tural Abbaslı ilə birgə polis bölməsinə gediblər: “Burda Turalı da polis tutub içəri apardı”.
Başqan müavini hadisə ilə bağlı Bakı şəhər polis idarəsinə, ATƏT-in müşahidə missiyasına və hüquq müdafiə təşkilatlarına məlumat verdiyini söyləyir.
Binəqədi polis idarəsinin 5-ci polis bölməsindən isə faktı təkzib etdilər. Bölmənin növbətçi hissəsindən özünü təqdim etməyən əməkdaş AzadlıqRadiosuna bildirdi ki, polis bölməsinə heç kəsi gətirməyiblər.
CƏMİL HƏSƏNLİ SEÇİCİLƏRLƏ GÖRÜŞÜR

Mitinqin şüarı isə budur: «22 sentyabr zülmə, yalana, talana «bəsdir!» demək günüdür».
Aksiyanın təşkilat komitəsi mitinqin keçirilməsini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıb.
Milli Şuranın vahid namizədi Cəmil Həsənlidir.

PROKURORLUQ XƏBƏRDARLIQ EDİR...

Baş Prokurorluq Milli Şuranın keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, mitinq zamanı toplantının təşkilatçıları və iştirakçıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.
Baş prokurorluq onu da əlavə edib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.

Şərhləri göstər

XS
SM
MD
LG