Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:40

3-cü debatda nə yadda qaldı?


Sentyabrın 21-də İctimai TV-nin canlı efirində İlham Əliyevin müdafiəsinə qalxan prezidentliyə namizədlər yenidən Cəmil Həsənlini və müxalifəti ittiham etdilər. Cəmil Həsənli öz növbəsində yenidən Əliyevlər ailəsinin sərvəti haqda xəbərlərə münasibət tələb etdi. Bu dəfə İlham Əliyevi Səyavuş Novruzov təmsil edirdi. Cəmil Həsənli isə 6 dəqiqəlik çıxış vaxtından birdəfəyə istifadə etdi.

QALMAQALA GÖRƏ ÜZR İSYƏMƏYİ TƏLƏB ETDİLƏR

Zahid Oruc və İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov öz çıxışlarına ötən debatlar zamanı baş verən qalmaqalı xatırladaraq həm Hafiz Hacıyevin, həm də Cəmil Həsənlinin seçicilərdən üzr istəməsi tələbilə başladılar.

Zahid Oruc 3-cü İTV debatında

.Zahid Orucun çıxışı
3-cü TVdebatda Zahid Orucun çıxışları
Gözlə

No media source currently available

0:00 0:06:00 0:00

Səyavuş Novruzovun çıxışları
3-cü TVdebatda Səyavuş Novruzovun çıxışları
Gözlə

No media source currently available

0:00 0:06:02 0:00

İqbal Ağazadənin çıxışı
3-cü TVdebatda İqbal Ağazadənin çıxışı
Gözlə

No media source currently available

0:00 0:06:01 0:00

Mais Güləliyevin çıxışları
3-cü TVdebatda Mais Gülalıyevin çıxışları
Gözlə

No media source currently available

0:00 0:06:08 0:00

Hafiz Hacıyevin çıxışları
3-cü TVdebatda Hafiz Hacıyevin çıxışları
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

Fərəc Quliyevin çıxışları
3-cü TVdebatda Fərəc Quliyevin çıxışları
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

Sərdar Cəlaloğlunun çıxışları
3-cü TVdebatda Sərdar Cəlalğlunun (Məmmədovun) çıxışları
Gözlə

No media source currently available

0:00 0:06:05 0:00

Araz Əlizadənin çıxışları
3-cü TVdebatda Araz Əlizadənin çıxışları
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

Qüdrət Həsənquliyevin çıxışları
3-cü TVdebatda Qüdrət Həsənquliyevin çıxışları
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

Cəmil Həsənlinin çıxışı
3-cü TVdebatda Cəmil Həsənlinin çıxışı
Gözlə

No media source currently available

0:00 0:06:04 0:00


FERMER PROBLEMLƏRİ VƏ LƏYAQƏT-İDDİA NAMİZƏDİ

Ümid Partiyasının namizədi İqbal Ağazadə növbəti dəfə 6 dəqiqəlik vaxtından tam istifadə edərək studiyanı tərk etdi. Onun budəfəki çıxışı kənd təsərrüfatındakı problemlərə həsr olunmuşdu.

İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mais Gülalıyev öz çıxışında dedi ki, problemləri sadalamağa ehtiyac yoxdur, əhali bu problemləri yaxşı bilir. Əlavə etdi ki, bu problemləri yaradan səbəblərin müəyyən olunması, onların həlli yollarından danışmaq lazımdır. O, "ləyaqəti qədər iddalı, iddiası qədər ləyaqətli İlyas ismayılov" ibarəsini yenidən işlətdi.

HAFİZ HACIYEV MÜXALİFƏTİN ERMƏNİLƏRƏ İŞLƏMƏSİNDƏN, FƏRƏC QULİYEV İSƏ PANTTÜRKİZMDƏN DANIŞDILAR

Hafiz Hacıyev heç bir qəbahət işlətmədiyini, faktları açıqladığını dedi. Elçibəy hakimiyyəti üzvlərini Xocalı soyqırımında, ermənilərə işləməkdə, müdafiə üçün toplanan qızılları mənimsəməkdə ittiham etdi.

Fərəc Quliyev nitqinin əvvəlində Elçibəy hakimiyyəti ilə Cəmil Həsənlinin eyniləşdirilmısinin düzgün olmadığını bildirdi. Dedi ki, Cəmil Həsənli Elçibəyin ətrafında olub onun əleyhinə işləyən Yurd qruplaşmasına mənsub idi. Daha sonra o, Azərbaycanın xarici siyasəti məsələsinə toxunub, türk və islam dünyası yaxınlaşmağın zəruriliyindən danışdı.

"MƏN PREİZDENT SEÇİLSƏM" DEYƏN PARTİYA RƏHBƏRLƏRİ

Sərdar Cəlaloğlu (Məmmədov) öz çıxışına «Elçibəy hakimiyyəti haqqında deyilənlər böhtandır» fikri ilə başlayıb xatırlatdı ki, 20 əvvəl prezident olan Elçibəy hakimiyyətinin 5 üzvü bu gün prezidentliyə namizəddir. Sonra isə korrupsiya ilə mübarizənin yollarından danışdı.

Araz Əlizadə Qarabağ problemini ATƏT vasitəsilə deyil, peşəkar ordu ilə həll edilməsinin vacibliyini qeyd etdi. Onun fikrincə, gənclərin hec bir əhəmiyyəti olmayan ixtisaslar üzrə ali məktəblərə axının səbəbi ordudan yayınmaqdır.

ƏLİ KƏRİMLİYƏ VƏ ...MÖVCUD QURULUŞA QARŞI ÇIXDI.

Qüdrət Həsənquliyev parlament respublikasının yaradılmasının, proporsional-majoritar seçki sisteminin qaytarılmasının zəruriliyini deyəndən sonra çıxışını Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin ünvanına ittihamlara həsr etdi:

«Cəmil Həsənli heç aidiyyəti olmayan əsərlərində indiki hakimiyyəti tərifləyib. Əli Kərimlinin siyasi ehtiraslarını sakitləşdirmək üçün burda belə çıxışlar edir».

CƏMİL HƏSƏNLİNİN HƏDƏFİ DƏYİŞMƏZDİR - ƏLİYEVLƏR AİLƏSİNİN SƏRVƏTİ

Cəmil Həsənlinin fikrincə ölkədə geniş yayılmış kredit asılığını yaradan Əliyevlər ailəsinin əlində cəmləşən banklardır. Bildirdi ki, bu banklar xarici ölkələrə ucuz, öz vətəndaşlarına isə baha kreditlər verir.


Cəmil Həsənli Qüdrət Həsənquliyevə öz kitabını bağışladı:

«Hesab edirəm ki, Qüdrət Həsənquliyev mənim haqqımda kompromat tapmağa çətinlik çəkir. Alın bu kitabı. Heydər Əliyevin adını burda da çəkmişəm. Gələn dəfə hazırlaş».

Qüdrət Həsənquliyev:

«Harada yazılıb ki, bir alimin yazdığı kitab ona qarşı kompromat ola bilər? Cəmil müəllimin mənə təqdim etdiyi kitabın redaktoru Hafiz Paşayevdir, Əliyevlər ailəsinin üzvü. Bu kitab 2013-cü ildə çap olunub. Cəmil müəllim mövqeyində 180 dərəcə dəyişiklik edir».

Cəmil Həsənli əvvəlki çıxışlarında İlham Əliyev və onun ailə üzvləri haqda beynəlxalq mediada açıqlanan faktları xatırlatdı. O, ümid etdiyini bildirdi ki, Əli Əhmədovdan fərqli olaraq Siyavuş Novruzov bu suallara cavab verəcək.

Siyavuş Novruzov:

«Cəmil Həsənlinin dediklərinin heç bir əsası yoxdur. Onun dedikləri heç bir mənbəyə əsaslanmır. O, bir neçə qəzetin ermənilər tərəfindən uydurulmuş mənbələrə istinadən yazdıqları ayrı-ayrı fikirləri səsləndirdi. Fərhad Əliyev sayəsində Cəmil Həsənliyə verilən obyektlərin sənədlərini istəyəcəyik. Hesabat versin ki, universitet müəllimi, bu obyektlər səndə haradandır?».

Araz Əlizadə:

«Milli Şuraya Azərbaycandakı oliqarxlar yardım edir. Hələ meşədə çaqqal az idi, biri də o yandan gəldi. Rusiyadan da oliqarxlar qalxıblar ayağa, Milli Şuranı maliyyələşdirirlər ki, Azərbaycanda çaxnaşma düşsün».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG