Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:51

İsmayıllının Mican kəndində Qarabağ döyüşündə həlak olanlar unudulmur...


Abidə bulaq kompleksi
Abidə bulaq kompleksi
-
İsmayıllı rayonu Mican kəndində Qarabağ döyüşlərində həlak olan Cəlal Rüstəmovun xatirəsini əbədiləşdirmək məqsədilə abidə bulaq kompleksi salınıb.

Bu, İsmayıllı şəhər bələdiyyəsinin maddi dəstəyi ilə inşa olunub.

İsmayıllı şəhər bələdiyyəsinin sədr müavini Ağasəf Əliyev deyir ki, Cəlal Rüstəmovun vətən qarşısında xidmətlərini nəzərə alaraq belə bir addım atıblar:

«İnşallah Azərbaycanın torpaqları geri alınacaq. Hələ uşaq olanlar gələcəkdə biləcəklər ki, vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda döyüşən belə oğullarımız olub. Bax, beləcə nəsillər dəyişəcək onlar əbədi ürəklərdə yaşayacaqlar».

«Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin İsmayıllı şöbəsinin sədri Vidadi Zərbiyev bildirib ki, rayonda Qarabağ döyüşlərində həlak olan 15 nəfərin məzarı yenidən qara mərmərlə əvəz olunub:

«Bizlər dövlət tərəfindən qayğı ilə əhatə olunduğumuzu gördükdə daha da ruhlanır və gələcəyə inamla baxırıq. Allah hamınızdan razı olsun».

Mərhum Cəlal Rüstəmovun qardaşı Firudin Rüstəmov isə deyib ki, əvvəlki rayon rəhbərliyi vaxtında dəfələrlə kənd camaatı bu məsələ ilə əlaqədar müraciət etsə də, məsələ müsbət həllini tapmayıb:

«Burada əziyyət çəkən ustalara, fəhlələrə və bu işdə bütün əməyi olan insanlara dərin təşəkkürümü bildirirəm».
XS
SM
MD
LG