Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18
-
Səfir Richard Morningstar ilk olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə seçkiqabağı vəziyyətlə bağlı müzakirələr aparılıb.

Səfir icra başçısına seçkilərdə ABŞ qrupunun Gəncədə müşahidə aparacağını deyib. Sonra ictimaiyyət nümayəndələri ilə görüşüb.

Jurnalistlərlə söhbətində R.Morningstar bildirib ki, əsas məsələ kimin seçiləcəyi yox, seçkinin ədalətli keçirilməsidir.

Səfirin Gəncədə məcburi köçkünlər üçün tikilməkdə olan şəhərciyə də baş çəkəcəyi gözlənilir.

SƏFİRLİK YENİ LAYİHƏLƏR VƏD EDİR

«Regionda qadınların aktivliyinin artırılması üçün istiqamətləndirici layihələr olacaq».

Bunu Gencədə gender mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı ABŞ-ın Azərbaycandakı səfirinin həyat yoldaşı Faith Morningstar deyib.

Konfrans «Genc Lider» Təlim Təhsil İctimai Birliyi ilə «Gələcəyə Körpü» İctimai Birliyinin iki il əvvəl başladığı birgə layihənin yekunlarına həsr edilib.
XS
SM
MD
LG