Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Hüseyn Abdullayev Cəmil Həsənlini dəstəkləyir


-
Avropada mühacirətdə olan sabiq deputat Hüseyn Abdullayevin seçkilərdə Cəmil Həsənlini müdafiə edəcəyi haqda bəyanatı yayılıb.

Sabiq deputat bəyanatın onun tərəfindən yazıldığını AzadlıqRadiosuna təsdiqləyib.

«Azadlıq» qəzetinin saytında yerləşdirilən bəyanatda H.Abdullayev Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə etdiyini bildirir.

H.Abdullayev 2005-ci ildə deputat seçilib. Lakin 2007-ci ildə parlamentin iclasında Fəzail Ağamalı ilə aralarında baş verən davadan sonra onun deputatlıq mandatı geri alınıb. F.Ağamalının şikayəti əsasında məhkəmə ona 2 il şərti həbs cəzası kəsib.

Bir müddət sonra H.Abdullayev Azərbaycanı tərk edib. Hüquq-mühafizə orqanları 2013-cü ilin iyulunda onu beynəlxalq axtarışa verib.
XS
SM
MD
LG