Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:27

Çin və Filippinə güclü qasırğa gəlir


-
Sakit okeanın qərbində formalaşan güclü və dağıdıcı «Usaqi» qasırğası Honkonqa doğru irəliləməyə başlayıb. Qasırğanın Tayvanla Filippinin arasından keçəcəyi gözlənilir.

Hava kütləsi saatda 200 km. sürətlə irəliləməkdədir. Hərdən sürət saatda 240 km-a çatır. Bu, 2013-cü ildə qeydə alınan ən güclü qasırğa hesab edilir.

Qasırğanın şənbə günü Filippinin şimal sahillərinə çatacağı gözlənildiyindən sahilboyu ərazilərdə adamların köçürülməsinə başlanılıb. Eyni tədbirlər Tayvanda da görülüb. Hər iki ölkə fırtına olacaq sahil zolağında limanların fəaliyyətini dayandırıb.

Qasırğanın Çinin okean ərazisinə də gedib çıxacağı barədə xəbərdarlıq olunub. «Usaqi» qasırğasının bazar günü Honkonqa çatacağı gözlənilir. Ötən ay Filippin və Çinin cənub rayonları «Utor» qasırğasının zərbələrinə məruz qalıb. Qasırğa onlarla adamın ölümünə səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG