Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:34

2014-cü il üzrə büdcə layihəsi prezidentə göndərilib


-
Bu barədə AzərTAc məlumat yayıb.

Məlumata görə, sentyabrın 20-də Nazirlər Kabinetində baş nazir Artur Rasizadənin sədrliyi ilə 2014-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri müzakirə edilib.

Baş nazir dövlət büdcəsi layihəsinin dünya iqtisadiyyatında müşahidə olunan meyllər nəzərə alınmaqla tərtib edildiyini vurğulayıb.

Məlumatda qeyd olunur ki, layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin artırılması, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirilib.

Müzakirələrdən sonra büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentə təqdim edilməsi barədə qərar qəbul olunub.
XS
SM
MD
LG