Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Almaniyada rəy sorğularında sağlar və sollar yanaşı gedir


Almaniyada rəy sorğularında indiki kansler Merkelin sağ-mərkəzçi koalisiyası və sol müxalifət yanaşı gedir.

Merkelin Xristian Demokrat partiyası və onun koalisiya tərəfdaşı Azad Demokratlar bazar günü keçirilməli parlament seçkilərində səslərin 45 faizini toplamalıdır.

Bu koalisiyanın əsas rəqibi – Sosial Demokrat partiyası, Yaşılar və ifrat solçu Linke partiyası da birlikdə təxminən 45 faiz yığmalıdır.

Merkel Azad Demokratlarla birlikdə əksəriyyəti qazana bilməsə, o, Yaşıllara və hətta Sosial Demokrat partiyasına koalisiya yaratmağı təklif edə bilər.

Yalnız Linke partiyası ilə heç kim koalisiya yaratmaq istəmir.
XS
SM
MD
LG