Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Əli Kərimli: Cəmil Həsənlinin İTV-dəki cəsarətli çıxışı ölkədə vəziyyəti dəyişib...


Cəmil Həsənli

Cəmil Həsənli

-
Sentyabrın 20-də Demokratik Qüvvələrin Milli Şurası növbəti sessiyada seçki hazırlıqlarını müzakirə edib. Prezidentliyə namizəd Cəmil Həsənli Azərbaycanın ailə podratına çevrildiyini, ölkənin mülkiyyətinin 70-75 faizinin hakim ailənin əlində cəmləşdiyini, hakimiyyətin vəziyyətinin kövrək olduğunu və onunla mübarizənin vacibliyini vurğulayıb. Cəmil Həsənlinin fikrincə, Azərbaycan ziyalısının ağ kəfəndə ölməyə haqqı yoxdur. O, həbsdəki gənclərdən də danışıb:

«Həbsdəki gəncləri salamlayıram. On il əvvələ baxanda məhbusların orta yaş həddi xeyli gəncləşdi. Hökumətin ən çox qorxduğu təbəqə gənclərdir, hədəfdə olanlar da gənclərdir».

AXCP sədri Əli Kərimli Cəmil Həsənlinin İctimai televiziyadakı çıxışına toxunub. Onun bu cəsarətli çıxışının ölkədə vəziyyəti dəyişdiyini bildirib.

Yeri gəlmişkən, prezidentliyə namizədlərin ödənişsiz çıxışları zamanı yaşanan qalmaqalla bağlı İTV bəyanat verərək Cəmil Həsənlinin efirdə ona ayrıldığından 6 dəqiqə 12 saniyə çox danışdığını, bununla bağlı videogörüntünün araşdırılması üçün MSK-ya göndərilib. MSK məsələni araşdıracağını açıqlasa da, dəqiq vaxt deməyib.

İLQAR MƏMMƏDOVUN ŞİKAYƏTİ TƏMİN OLUNMAYIB

Bu gün Bakı Apelyasiya Məhkəməsi REAL Hərəkatının lideri İlqar Məmmədovun şikayətini təmin etməyib. MSK İlqar Məmmədov üçün toplanan 41 min 247 imzadan 4 min 500-ünü etibarsız sayıb və onu qeydiyyata almayıb. Namizədin seçki qərargahı MSK qərarından apellyasiya şikayəti vermişdi.
İlqar Məmmədov

İlqar Məmmədov


Həbsdə olan İlqar Məmmədov və sabiq səhiyyə naziri Əli İnsanov Cəmil Həsənliyə dəstək verdiklərini bildiriblər.

«HAKİMİYYƏT KORRUPSİYA İLƏ KOSMETİK MÜBARİZƏ APARIR»

Prezidentliyə namizəd, Ədalət Partiyasının sədri İlyas İsmayılov Qubada seçicilərlə görüş keçirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllindən, təqaüd problemlərindən, korrupsiya ilə mübarizədən danışıb:

«Bu gün hakimiyyətin korrupsiya ilə apardığı mübarizə kosmetik mübarizədir» deyən İlyas İsmayılov bu yöndə atılmalı addımlardan da söz açıb.

«BU, AÇIQ TƏŞVİQATDIR»

Son günlər indiki prezident və hakim partiyanın prezidentliyə namizədi İlham Əliyevin iş qrafiki gərgindir. O, Qubada bir sıra obyektlərin və bu gün – sentyabrın 20-də Bakı Gəmiqayırma Zavodunun açılışına qatılıb. Müşahidəçilər belə tədbirlərin təbliğata hesablandığını söyləsələr də, qarşı tərəf prezidentin, sadəcə, iş başında olduğunu bildirir.
Hafiz Həsənov

Hafiz Həsənov


Seçki eksperti Hafiz Həsənovun dediyinə görə, ilk baxışda, burda qanunazidd heç nə yoxdur:

«Azərbaycan Respublikasının prezidenti və Milli Məclisin üzvləri seçkilər dövründə səlahiyyətlərini dayandırmırlar. Əslində, dünya təcrübəsinə əsaslansaq, müəyyən qadağalar, hədlər qoyulmalıdır. Hətta qeydə alınmış prezidentliyə namizədin prezident kimi fəaliyyəti düz deyil. Dünya təcrübəsinə görə, prezidentlər səlahiyyətlərini dayandırmayanda da, bəzi məhdudiyyətlər qoyulur. Tutalım, əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair fərmanların, əfv fərmanlarının verilməsinə, yəni təşviqatın xeyrinə olacaq hərəkətlərə məhdudiyyətlər var».

Hafiz Həsənovun fikrincə, İlham Əliyevin əmək haqlarını artırması, bəzi rayonlara yardımlar ayırması, infrastruktur obyektlərinin açılışında iştirakı açıq təşviqatdır.

Koray Targay

Koray Targay

MSK sədri Məzahir Pənahov İlham Əliyevin prezident fəaliyyətini yerinə yetirdiyini deyir, bununla belə o etiraf edir ki, KİV-lərin prezidentlə bağlı xəbər verməsinin önünü almaq mümkün deyil:

«Amma prezident haqqında xəbərlərdə seçki ilə bağlı məqam, eyham hiss edilməməlidir». O bu sözləri sentyabrın 16-da MSK-nın toplantısında dilə gətirib.

ATƏT SEÇKİLƏRDƏN RAZIDIR

ATƏT Bakı ofisinin rəhbəri Koray Targay-ın fikrincə, Azərbaycanda prezidentliyə namizədlərdən sənəd qəbulu, sənədlərin yoxlanma və təsdiqi şəffaf aparılıb.

Trend-in məlumatına görə, K.Targay bu düşüncəsini sentyabrın 20-də jurnalistlərə açıqlayıb. Səfir onu da bildirib ki, təmsil etdiyi qurum rayonlarda da çox işlər görüb və bütün icra hakimiyyətlərinin rəhbərləri ilə görüşüb. O, Azərbaycanda dünyaya örnək göstəriləcək prezident seçkiləri keçiriləcəyinə ümid etdiyini söyləyib.

Şərhləri göstər

XS
SM
MD
LG