Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:32
-
Sentyabrın 20-də Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılov Xaçmazdakı Mədəniyyət Evində seçicilərlə görüş keçirib.

Namizəd çıxışına salondakı seçicilərin sayına işarə vurmaqla başlayıb:

«Bilirsiniz ki, İngiltərə parlament respublikasıdır. Parlament seçkilərində hansı partiya qələbə çalırsa, o da hökuməti təşkil edir. Sonradan Baş nazir olan bir nəfər seçiciləri ilə görüşə gedərkən görür ki, cəmi bir nəfər gəlib. Deyirlər, gəl qayıdaq. Deyir yox, mən bu bir nəfər üçün platformamı danışmalıyam. Platformasını danışır, gedir. Sonra da Baş nazir seçilir. Ancaq bu gün mənim vəziyyətim ondan qat-qat yaxşıdır, görüşümə 60 adam gəlib».

Sonra namizəd prezident seçilsə, pensiyaları, maaşları artıracağını, əsasən də səhiyyə, təhsil sahələrini inkişaf etdirəcəyini deyib.

Görüşə gələnlər İlyas İsmayılovdan xahiş ediblər ki, İTV-də namizədlər üçün ayrılmış efir vaxtından istifadə edib Xaçmazın problemlərindən də danışsın.

Görüş sakit keçib, müdaxilə olmayıb.
XS
SM
MD
LG