Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

Milli Təhlükəsizlik nazirliyi (MTN) sentyabrın 20-də bu günlərdə həbs olunan "Bizim yol"qəzetinin əməkdaşı, jurnalist Pərviz Həşimli ilə bağlı məlumat yayıb.

Məlumatda Pərviz Həşimovla birgə saxlanılan Təvəkkül Qurbanov iki İran vətəndaşı ilə əlbir olaraq satış məqsədi üçün qaçaqmal yolu ilə İrandan Azərbaycana odlu silah və döyüş sursatını gətirərək saxlamaqda ittiham olunur.

Bildirilir ki, Hüseyn adlı İran vətəndaşı odlu silahları və döyüş sursatını 2013-cü il sentyabrın 17-də qaçaq yolla İrandan Azərbaycana keçirib və Biləsuvar şəhərindən 14 kilometr aralıda olan ərazidə Təvəkkül Qurbanova təhvil verib.

“Təvəkkül Qurbanov həmin odlu silahları və döyüş sursatını idarə etdiyi «Volkswagen Caddy» markalı avtomobildə gizlədərək Bakı şəhərinə gətirib.

2013-cü il sentyabrın 17-də MTN-in əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Təvəkkül Qurbanovun idarə etdiyi və Pərviz Həşimovun də içində olduğu «Volkswagen Caddy» markalı avtomobil saxlanılıb”.

Məlumatda daha sonra qeyd olunur ki, baxış zamanı avtomaşının salonunda 6 ədəd «Makarov» tipli tapança, «Makarov» tipli tapançaya aid 6 ədəd sandıqça və 40 ədəd 9 mm çaplı patron aşkar edilərək müsadirə olunub. Həmçinin, Pərviz Həşimovun Təvəkkül Qurbanova verdiyi 3 min ABŞ dollarından 2 min 800-ü də aşkar edilərək maddi sübut kimi götürülüb”.

Pərviz Həşimov ittihamları qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Pərviz Həşimliyə qarşı Cinayət Məcəlləsinin “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı” və “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma” maddələri ilə ittiham irəli sürülüb.

Səbail məhkəmsi barəsində 2 aylıq həbs qərarı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG