Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:24

Şah Dəniz 2 yatağından qaz satışı 200 milyard dollar gətirəcək


Şah Dəniz 2 yatağından qaz satışı 200 milyard dollara çatacaq. Bunu ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Avropaya qaz satışı ilə bağlı sazişin imzalanması mərasimində deyib.

Abdullayev deyib ki, sazişə görə, Azərbaycan Avropaya ildə 10 milyard kub metr qaz satacaq, bu qaz ixracı 2019-cu ildən başlanacaq.

Şah Dəniz 2-dən Türkiyəyə qaz göndərilməsi isə 2018-ci ildən olacaq.

Şah Dəniz 2 yatağının qazı Trans Adriatik Kəmərinin əsas mənbəyidir. Bu kəmər iyun ayında Azərbaycan qazının Avropaya ixrac marşrutu kimi seçildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG