Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:11

Dünənki teledebatın əks-sədası [Video]


Hüquqşünaslar Erkin Qədirli və Ələsgər Məmmədli teledebatda qanun pozuntusunun olub-olmaması haqda hüquqi rəy verirlər.

-


-
Hüquqşünas Ələsgər Məmmədli:

- Azərbaycanda seçkilər ərəfəsində namizədlərin cəmiyyətin gözü önündə sərgilədikləri bu səhnə hər kəsi üzdü, narahat etdi...

- Hüquq heç kimə kimisə təhqir etməyə, aşağılamağa icazə vermir. Debata çıxan tərəf – Hafiz Hacıyev konkret olaraq qarşı tərəfi ittiham etmək üçün efirə çıxır. Burda çox ciddi qanun pozuntusu var.

- Saat 19.00-da, hər kəsin TV-ni izlədiyi bir zamanda kimsə canlı efirdə küçə söyüşü söyür. Bu yolverilməzdir.

- İctimai Televiziya öz missiyasını yerinə yetirə bilməyib və seçki prosesini çox pisdi.

- Hafiz Hacıyev bugün cinayət məsuliyyəti daşımalıydı...

- İctimai TV seçki öncəsi 48 işçini işdən çıxarıb.

- İctimai TV-nin gəldiyi rəzil duruma çox üzülürəm... İctimai Yayım Şurası cəmiyyətə məlumat verməlidir ki, nə baş verir. Amma indi İctimai Yayım Şurası itib, yoxdur. Onlar cəmiyyətə hesabat verməlidilər.

- Tövsiyyə edirəm ki, İTV rəhbəri Cəmil Quliyev qanunu oxumalıdır. Məncə o qanundan xəbərsizdir.

- Dünənki efirdə təkcə Cəmil Həsənli təhqir edilməyib. Həm də müxalifət liderləri təhqir edilib.

Hüquqşünas Erkin Qədirli:

- Hafiz Hacıyev artıq 3-cü dəfədir prezidentliyə namizədliyini irəli sürülüb. Hafiz Hacıyevin etdiyi tərbiyəsizlikdir və bu 15 ildir davam edir. Belə çıxır ki, bu hakimiyyətə sərf edir.

- Hafiz Hacıyev hər zaman başqalarını təhqir edir, aşağılayır, insanlarda seçkiyə ikrah hissi doğurur.

- Azərbaycanda vəziyyətləri yox, şəxsləri müzakirə edirlər.

- Hər kanalda saatlarla meyxana deyişməsi, aşıq deyişməsi, musiqi yarışması var. Münsiflər heyəti əyləncəli verlişləri saatlarla müzakirə edirlər. Amma ölkənin 5 il gələcək planlarını, taleyini həll edən seçki prosesinə isə həftədə 3 saat ayırırlar.

- Bu iqtidar özünü itirib.
XS
SM
MD
LG