Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:47
-
20 sentyabr - Media İcmalı:

Mərkəzi Seçki Komissiyası sentyabrın 19-da İctimai televiziyadakı namizədlərin teledebatında yaranan qalmaqalı müzakirə edəcək. Bunu “Media forum” saytına MSK-nın sözçüsü Azər Sarıyev deyib.

“Seçki Məcəlləsi görə seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməsini yasaqlayır. Qanunun 88-ci maddəsinə görə, namizədlərin çıxışlarında vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır. Seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.

Namizəd bu tələbləri pozduqda müvafiq seçki komissiyası hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməlidir, digər dövlət orqanları da bu hüquqdan istifadə edə bilərlər”.

Sentyabr 19-da prezidentliyə namizədlərin teledebatında Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev, Milli Şuranın namizədi Cəmil Həsənli, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun çıxışları zamanı təhqiramiz ifadələr işlədilib, qarşılıqlı ittihamlar dava həddinə çatıb.

“1,5 MİLYARD DOLLAR OLAN DÖVLƏT BÜDCƏSİ 2013-CÜ İLDƏ 25 MİLYARD OLUB”

Arxiv foto

Arxiv foto

“Yeni Azərbaycan” qəzeti 19 il əvvəl imzalanan “Əsrin müqaviləsi” yazır. Qəzet bu müqavilə imzalanandan sonra ölkə iqtisadiyyatının dəfələrlə gücləndiyini yazır.

“Ötən 10 il ərzində 3 dəfə artıb...2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir...yoxsulluq 6 faizə, işsizlik təxminən 5 faizə enib”.

ANATOLİ BANŞEVSKİ STADİONU YENİDƏN BƏRPA EDİLİR

“Futbol+” qəzeti yazır ki, Masallıda uzun müddət baxımsız qalan Anatoli Banşevski adına Masallı şəhər stadionu yenidən əsaslı təmir olunacaq.
“Xəzər-Lənkəran” rəhbərliyi aşağı yaş qrupunun və əvəzedici komandanın normal hazırlıq keçməsi üçün sözügedən arenanı əsaslı təmir etmək niyətindədir. Qəzetə görə, stadionun təmirindən sonra “Xəzər-Lənkəran” rəqiblərini Masallıda qəbul edəcək.

“MSK CƏMİL HƏSƏNLİ İLƏ HAFİZ HACİYEVİN NAMİZƏDLİKLƏRİNİ LƏĞV EDƏ BİLƏR”


Sentyabrın 20-da çıxan qəzetlərin bir neçəsi namizədlər arasında yaşanan qalmaqalı manşeta çıxarıb. “Bizim yol” qəzeti yazır ki, “Hafiz Hacıyev Cəmil Həsənliyə su butulkası atdı və İTV-nin heyətinə hücum çəkdi”.

MSK-nın binası

MSK-nın binası

Qəzetə görə, “MSK Cəmil Həsənli ilə Hafiz Hacıyevin namizədliklərini ləğv edə bilər”

“HAFİZ HACIYEV HAKİMİYYƏTƏ CİDDİ ZƏRBƏ VURDU”

“Yeni Müsavat” Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin təhqirlərə yol verməklə, Milli Şuranın namizədinə butulka atmaqla bu iqtidara ciddi zərbə vurduğunu yazır.

DƏNİZ SUYUNU ŞİRİNLƏŞDİRƏN MÜƏSSİSƏ İŞƏ DÜŞÜB

“Qafqazinfo.az” saytı Salyan yaxınlığında ilk dəfə dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleksin işə salındığını yazır.

“Hazırda müəssisədə gün ərzində 1000 m3 həcmində duzsuzlaşdırılmış su istehsal olunur və bu sudan müəssisə daxilində salınmış tingliklərin, həmçinin Xıdırlı kəndi yaxınlığında ekologiya nazirliyi tərəfindən həyata keçirilən yaşıllaşdırma layihələri çərçivəsində əkilmiş ağacların suvarılmasında istifadə olunur.

Novruz Məmmədov (Foto: BBC)

Novruz Məmmədov (Foto: BBC)

Eyni zamanda, gələcəkdə ehtiyac olarsa bu sudan Xıdırlı kəndinin əhalisinin içməli suya olan tələbatının ödənilməsində də istifadə oluna bilər”.

NOVRUZ MƏMMƏDOVUN ABŞ SƏFƏRİ...

“Azadlıq” qəzeti Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun ABŞ-a səfərindən yazır. Qəzet qeyd edir ki: “Melianı Bakıya buraxmayan hökumətin Vaşinqtona nümayəndə göndərməkdə məqsədi nədir?”

Qəzet hesab yazır ki, “ABŞ dövlət katibinin demokratiya , insan hüquqları və əmək məsələləri üzrə müavini Thomas Melianın Azərbaycana səfərinin əngəllənməsi Vaşinqtonda narazılıq yaratdığından Novruz Məmmədov bu narazılığı azaltmaq məqsədi ilə ABŞ-a gedib.

“AZƏRBAYCANIN BEYNƏLXALQ NÜFUZU İLBƏİL ARTIR”

“Azərbaycan” qəzeti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə yüksəldiyini yazır. “ABŞ-ın nüfuzlu beyin mərkəzinin Azərbaycanın regional rolu ilə bağlı yaydığı hesabat bunu bir daha təsdiqləyir”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG