Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:55

Beynəlxalq missiya Özbəkistanda pambıq yığımını izləyəcək


Özbəkistanda uşaq əməyi, 2011

Özbəkistanda uşaq əməyi, 2011

-
Özbəkistan gözlənilmədən pambıq yığımının izlənməsinə icazə verib. Daşkənd bu qərarı ilə özünün nə qədər şəffaf olduğunu beynəlxalq aləmə göstərməyə çalışır. Ancaq burası da var ki, müşahidəçilər tam mənzərəni görməyə bilərlər.

Beynəlxalq Əmək Təşkilatının müşahidəçi missiyası ölkənin əsas gəlir mənbəyi olan pambığın toplanmasında uşaq əməyindən istifadənin qarşısını almağa çalışır. Pambıq yığımı bu ay başlanıb və noyabr ayı boyunca davam edəcək.

Missiya Özbəkistanda pambıq yığımı zamanı büdcə təşkilatı işçilərinin və məktəbli əməyinin istismarı barədə iddiaları araşdırmalıdır.

Özbəkistan hakimiyyəti müşahidəçiləri rəsmi şəxslərin müşayiət edəcəyini bildirib. AzadlıqRadiosunun özbək xidmətinə daxil olan siqnallara görə, hökumət pambıqçılara həqiqəti beynəlxalq müşahidəçilərdən gizlətmək təlimatı verib.

Shokhrukh yazır ki, «Tələbələrə beynəlxalq müşahidəçilərin ölkəyə sual siyahısı ilə gələcəkləri bildirilib». O özünü Özbəkistanın mərkəzi Cizak əyalətində pambıq yığan tələbə kimi tanıdır:

«Bizə həmin sualların necə cavablandırılması barədə təlimat verilib» – SMS-lə göndərdiyi bu məlumatda Shokhrukh daha sonra yazır:

«Biz gələnlərə deməliyik ki, hökumətə yardım göstərmək və iqtisadiyyatımızı yüksəltmək üçün özümüz və tam könüllü qaydada pambıq yığımına qoşuluruq».

Tələbələr pambıq yığımında

Tələbələr pambıq yığımında

ŞAGİRDLƏRDƏN YAZILI İLTİZAM ALIRLAR

Özbək xidmətinə göndərilmiş başqa bir SMS-də isə deyilir ki, bəzi şagirdlər pambıq yığımı haqqında heç nə bilmədiklərinə dair iltizam imzalamalı olublar. Adını gizli saxlayan məlumatçı indi azyaşlı qardaşının Daşkənd vilayətində pambıq yığımına cəlb edildiyini bildirib:

«Qardaşım deyir ki, bütün şagirdlərin dilindən həyatları boyu heç vaxt pambıq yığmadıqları barədə yazılı iltizamlar alınıb. Onlar ərizələrində yazırlar ki, heç qardaş-bacıları da pambıq yığmayıblar. Belə şeylər, bəzən, sovet vaxtı baş verib».

AzadlıqRadiosu başqa bir məlumatı Əndican vilayətindən olan məktəbli oğlandan alıb. O özünün çəkdiyi videoda bildirir ki, müəllimləri ona pambıq yığımına tam könüllü qatıldığını deməyi tapşırıblar. Şagird müəllimlərinin sözlərini də çatdırır:

«Biz vətən qarşısında borcumuzu yerinə yetiririk. Bu, bizə hər bir şəraiti yaratmış hökumətə minnətdarlığımızdır».

Mesajlar Özbəkistan mobil nömrələrindən göndərilsə də, AzadlıqRadiosu müstəqil qaydada iddiaçıların kimliyini öyrənə bilməyib.

ALDADA BİLƏCƏKLƏRMİ?

Özbəkistanda pambıq yığımı zamanı məcburi əməyə son qoymaq üçün yaradılan «Pambıq Kampaniyası» təşkilatı bildirib ki, Oğlan pambıq yığır

Oğlan pambıq yığır

müşahidəçilərə rəsmi şəxslərin qoşulması Beynəlxalq Əmək Təşkilatı nümayəndələri ilə Özbəkistan vətəndaşları arasındakı dialoqa əngəl törədəcək.

«Pambıq Kampaniyası»nın əlaqələndiricisi Matthew Fischer-Daly müşahidəçilərə verilən icazə barədə çox nikbin düşünür:

«Beynəlxalq Əmək Təşkilatının müfəttişləri xüsusi təlim görüblər və adamların hökumət tərəfindən təlimatlandırıldığı yerlərdə necə işləməyi bilirlər. Bütün hallarda pambıq səfərbərliyi barədə gərəkli bilgilər təşkilatımıza çatacaq».

Beynəlxalq Əmək Təşkilatı Özbəkistana missiyası zamanı bütün pambıq rayonlarına baş çəkəcək 6 komanda ilə çalışmaq niyyətindədir. Təşkilat bildirib ki, monitorinq zamanı həm Özbəkistan hakimiyyət orqanları, həm də həmkarlar birlikləri ilə əməkdaşlıq ediləcək.

Özbəkistan dünyanın 6-cı ən böyük pambıq istehsalçısıdır. Ölkə ildə 3 milyon 335 min ton pambıq toplayır.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu

Günün bütün mövzuları

XS
SM
MD
LG