Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:44

Azərbaycanda Facebook qadağan olunsa- [Video]


-
Facebook-dan birbaşa şərh yaz

Bir neçə gün öncə İranda əhali qısa da olsa sosial şəbəkə sevincini yaşadı. Texniki nasazlıq üzündən «Facebook» və «Twitter» şəbəkəsinə qoyulan süzgəcin aradan qaldırılması insanları sosial şəbəkələrə topladı. Ancaq 2009-cu ildən bəri qoyulan qadağa çox keçmədən bərpa olundu.
Sosial şəbəkələrə qadağa İran həyatına necə təsir edib? Bəs Azərbaycan sosial şəbəkələrsiz nə itirər?

AYB-nin Güney ədəbiyyat şöbəsinin rəhbəri Sayman Aruz:
- İran hakimiyyəti hər zaman sosial şəbəkələrə qarşı çıxıb.
- Qadağalara baxmayaraq, insanlar müəyyən vasitələrə süzgəcləri qırıb, sosial şəbəkələrdən istifadə edirlər.
- İran hökuməti texniki nasazlığa görə qadağanı pozan şirkətə də cinayət işi açdı.
- İranda twitter istifadə edən bəzi nazirlər var. Bu onu göstərir ki, İran hakimiyyətinin içində də qadağalara qarşı çıxanlar var.
Jurnalist Xəyal Əzizov:
- Mən hesab edirəm ki, İranda qadağanın ləğvi texniki nasazlıq üzündən baş verməyib. İran hökuməti bir növ xalqın nəbzini yoxlamaq istəyib.
- Azərbaycanda insanlar sosial şəbəkələrdən sərbəst istifadə edirlər bəzi məhdudiyyətləri nəzərə almasaq.
- Azərbaycanda facebookda aktiv olan, fikirlərinə görə həbs edilənlər var. Lakin onların həbsi başqa səbəblərlə bağlanır.

VERLİŞİ TAM DİNLƏMƏK ÜÇÜN:

XS
SM
MD
LG