Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:49

İcra məmuru jurnalistin işinə xitam verilməsini istəyir


Xədicə İsmayıl
Xədicə İsmayıl
-
Sentyabrın 19-da Binəqədi rayon məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə Xədicə İsmayılova barədə təqdimata baxılıb.
Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Bəhruz Bayramovun məhkəməyə yazdığı təqdimatda işə xitam verilməsi istənib, ancaq həmin məmur gələ bilmədiyindən məhkəmə ertələnib.
Xədicə İsmayılovanın vəkili Anar Qasımlı AzadlıqRadiosuna bildirib ki, işə xitam verilməsi barədə təqdimat onlardan ötrü gözlənilməz olub:
“Təqdimatın surəti vaxtında nə mənə, nə də Xədicə İsmayılovaya göndərilmişdi. Sənədlərlə tanışlıqdan sonra bəlli oldu ki, bu təqdimat Xədicə İsmayılova barədə inzibati xətaya dair işə xitam verilməsi ilə bağlıdır. Xədicə İsmayılova Səbail rayon məhkəməsinin 26 yanvar 2013-cü il qərarı ilə 400 manat cərimə olunmuşdu. Daha sonra Binəqədi rayon məhkəməsi cəriməni dəyişdirərək ictimai tənbeh tədbirini seçmiş və onu 220 saatlıq ictimai işlərə cəlb etmək qərarı çıxarmışdı. Bu qərarı Konstitusiyaya zidd saydığından, Xədicə İsmayılova onu icra etməmişdi. İşə xitam vermək üçün müraciət, sözün düzü, bizim üçün gözlənilməz oldu, çünki məhkəməyə gələrkən, təqdimatda həbs və ya bir başqa məsələnin qoyulacağını düşünürdük”.
Məhkəmə sentyabrın 24-də davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG