Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:47

ADP Sərdar Cəlaloğlunun plakatlarının cırılmasına etiraz edir


-
ADP-nin prezidentliyə namizədi Sərdar Cəlaloğlunun təbliğat-təşviqat kampaniyasına maneələr var.

ADP Mərkəzi Seçki Qərargahının yaydığı məlumatda belə deyilir:

«Bəzi seçki məntəqələrində süni maneələr yaradılır, namizədin şəkli əks olunan plakatlar lövhələrdən cırılıb atılır. Belə hallar Xətai rayon 138 saylı məktəbin nəzdində yerləşən Füzuli və Kəlbəcər məntəqəsində qeydə alınıb. Burada prezidentliyə namizəd S.Cəlaloğlunun təşviqat lövhəsinə yapışdırılan plakatı cırılıb atılıb. Daha belə bir hal 1 saylı Nərimanov 1-ci seçki dairəsinin 22 saylı məntəqəsində aşkar edilib. Burada S.Cəlaloğlunun plakatı təbliğat-təşviqat lövhəsinə ümumiyyətlə asılmayıb».

ADP Mərkəzi Seçki Qərargahının rəhbəri Taliyət Əliyev baş verən qanun pozuntuları ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG