Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:25
-
Azərbaycanda Fransız İnstitutu sentyabrın 20-də saat 19-da fotoqraf İlkin Yusifin "Minimalizm" adlı foto-sərgisini təqdim edəcək.

İnstitutdan AzadlıqRadiosuna verilən xəbərə görə, 29 yaşlı gənc fotoqraf İlkin Yusif yaradıcılığa kompüter qrafikası və 3D animasiyası ilə başlayıb, sonra digər audiovizual məhsulların istehsalı ilə məşğul olub.

İlkin özünü fotoqraf kimi də məhz bu vaxtlar tanıdıb.

O, fotoqrafiyada obyektlərin gizlənmiş gözəlliyini üzə çıxarmaq və gündəlik həyatın kiçik detallarını işıqlandırmaq üçün minimalizmi seçib.

Bu sərgi Bakıda keçirilən ilk minimalist foto-sərgidir.

Sərgi oktyabrın 1-dək Fransız İnstitutunda -Füzuli küçəsi 67-də nümayiş olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG