Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:23

Kaliforniyadan Qarabağa gələnlər qara siyahıya salınacaq


-
Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər məsələsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyi dəyişməyib.

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev ABŞ-ın Kaliforniya ştatının nümayəndə heyətinin Azərbaycanın işğal edilmiş ərazilərinə gözlənilən səfərini şərhə edərkən deyib.

Elman Abdullayev bildirib ki, «nümayəndə heyətinin üzvlərinin açıqlanmış siyahısında, əsasən, erməni lobbisinin radikal əhval-ruhiyyəli nümayəndələrinin adları var. Bu sübut edir ki, işğal olunmuş ərazilərə səfər edən insanların bir qismini Ermənistan tərəfi aldatma və yanlış informasiya vermək yolu ilə oraya cəlb edir, digər qismini isə ermənilərin özləri və erməni lobbisinin nümayəndələri təşkil edir».

Elman Abdullayev deyib ki, nümayəndə heyətinin tərkibində olan Los-Anceles şəhər şurasının üzvü Bob Blumenfild Dağlıq Qarabağa getməyə icazə almaq üçün Azərbaycan tərəfinə müraciət edib:

«Nümayəndə heyətinin digər üzvləri barəsində Azərbaycan öz prinsipial mövqeyinə sadiqdir. Ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər edən, yəni bunun üçün Azərbaycandan icazə almamış insanların adları əvvəlki kimi «persona non qrata» siyahısına salınacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG