Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:28

Ceyranbatan-Balaxanı-Ramana su xəttinin keçilməz etdiyi yollar


Arxiv foto
Arxiv foto
-
“Azərsu”ya zəng vururam, deyirlər, Nəqliyyat Nazirliyinin problemidir, Nəqliyyat Nazirliyinə zəng vururam, deyirlər “Azərsu”yun problemidir. Bir-birlərinin üstünə atmaqla problemi həll etməkdən qaçırlar”.
Balaxanı sakini Fəxrəddin Kərimbəyli qəsəbənin yollarının keçilməz olmasından şikayət edir. Deməsinə görə, 4 ay imiş ki, “Azərsu” ASC qəsəbədə su xətlərini yeniləyirmiş. Ancaq fəhlələr işlərini başa çatdırıb gedəndə, nədənsə qazdıqları xəndəkləri doldurmağı unudublar:
"BALAXANIDA ƏN AZI 10 ASFALT ZAVODU VAR"...
“Su xətlərini çəkdilər. Qazdıqları yolları elə vəziyyətdə də qoyub getdilər. Xəndəkləri doldurmadılar, xətlərdəki sızmaların qarşısını almadılar. İndi həmin çuxurlar su ilə dolur, hava qaralandan sonra küçələrdən keçmək mümkün olmur. Çünki küçələrdə işıqlandırma yoxdur ki, keçdiyin yolu görə biləsən. Şəxsən mən təkcə son bir həftədə iki dəfə maşınımın təkərini dəyişmişəm. Balaxanıda ən azı on asfalt zavodu var, ancaq yolları bərbad gündədir”.
Qəsəbə sakini xətlərdən küçələrə axan sularla israfçılığa yol verildiyini də bildirir:
“Su boş yerə küçələrə axır, sonra da pulunu bizdən tələb edirlər. Şəxsən mən sayğacla hər ay 3-4 manatlıq su işlədirəm. Sayğac bu rəqəmi göstərdiyi halda, internet vasitəsilə yoxlayanda görürəm, kötükdə 52 manat borc yazılıb. Məgər biz küçələrə axan suya cavabdehik?”
“SUYU MAŞINLA ALIRIQSA,BORC HARDAN YARANIB?”

Sabunçu rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirdilər ki, mərkəzi yolların çəkilişi ilə Nəqliyyat Nazirliyi, qəsəbədaxili yolların çəkilişi ilə isə yerli bələdiyyə məşğul olmalıdır. Yerli icra Hakimiyyəti isə bu işlərə nəzarət edir. “Azərsu” ASC Balaxanıda su xətlərinin çəkilişlərinin tam başa çatdırmayıb. Yalnız Ceyranbatan-Balaxanı-Ramana su xətləri çəkilib. Qəsəbədaxili xətlərin yenilənməsi isə davam edir. Bu işlər başa çatmayanadək yolların asfaltlanması mümkün deyil.
“Azərsu” isə sakinlərin “əlavə borc” adlandırdıqları məbləğləri sayğacdan əvvəlki borc olduğunu bildirir. Fəxrəddin Kərimbəyli razılaşmır:
“Özləri də yaxşı bilirlər ki, Balaxanıya hələ indi-indi su verməyə başlayıblar. Sayğacdan əvvəl suyu maşınla almışıq. Bu, dədə-baba vaxtından belə olub. Bir qəsəbəyə ki, illərlə su gəlməyib, hansı borcdan söhbət gedə bilər?”
Fəxrəddin Kərimov deyir, sakinlər sayğacdan əvvəl yazılan borcların silinməsi üçün məhkəməyə müraciət edəcəklər.
XS
SM
MD
LG